Azərbaycan qazının effekti: Bolqarıstanda ucuzlaşma
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan qazının nəql olunduğu Yunanıstan-Bolqarıstan interkonnektorunun işə düşməsindən sonra Bolqarıstanda qazın topdansatış qiyməti 34 faiz azalıb.
Trend bu barədə Bolqarıstanın Enerji və Su Təsərrüfatı Tənzimlənməsi Komissiyasına (EWRC) istinadən məlumat verir.
Qeyd olunur ki, tənzimləyici qurum oktyabr ayı üçün təbii qazın topdansatış qiymətini 233,36 lev/MVt-saat (116,93 dollar, 119,31 avro) məbləğində müəyyən edib. Bu isə əvvəlki ayla müqayisədə 34 faiz azdır.
"İlk dəfə olaraq Bolqarıstanın Azərbaycanla uzunmüddətli müqavilə üzrə təbii qazın tam həcmi qiymət formalaşdıran hissə olub və nəticədə qazın qiyməti 120 lev azalıb. Azərbaycan təbii qazı daha rəqabətqabiliyyətli qiymətə malikdir, belə ki, bu qaza Avropa fyuçers birjalaranının dalğalanmaları təsir etmir. Bu onunla əlaqədardır ki, Azərbaycan qazının qiyməti altı ay əvvəldən müəyyənləşdirilmiş benzin qiymətlərinə bağlıdır", - məlumatda deyilir.
Qeyd edək ki, IGB Bolqarıstana Azərbaycan qazını, xüsusən də Azərbaycanın "Şahdəniz-2" qaz-kondensat yatağında hasil olunan qazı almağa imkan verəcək qaz kəməridir. IGB TAP-a birləşdiriləcək və onun vasitəsilə "Şahdəniz" yatağından qaz Avropa bazarlarına çıxarılacaq. IGB-nin təməlqoyma mərasimi 22 may 2019-cu ildə Bolqarıstanda baş tutub. 2022-ci il oktyabrın 1-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində interkonnektorun açılış mərasimi keçirilib. Qaz kəmərinin uzunluğu 182 kilometrdir.
Birinci mərhələdə qaz kəmərinin ötürmə qabiliyyəti ildə üç milyard kubmetr qaz təşkil edəcək. İkinci mərhələdə, bazarın inkişafından asılı olaraq, kompressor stansiyasının əlavə edilməsi ilə kəmərin ötürücülük qabiliyyəti ildə 5 milyard kubmetr qaza çatdırıla bilər. Layihənin ümumi investisiya dəyəri təqribən 240 milyon avro (ƏDV istisna olmaqla) qiymətləndirilir, bunun 220 milyon avrosu əsaslı xərclərdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
-
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
-
Sabunçu və Xətaidə qaz kəsiləcək
-
ADMİU-nun I kurs tələbələrini aşağılayan şəxs barədə qərar verildi - Yenilənib
-
Gəlin toyda suyun içindən keçdi - (Video)
-
Qafqaz Albaniyasının xristian irsinin izləri Qarabağda və Azərbaycanın digər bölgələrində görünür - Hikmət Hacıyev
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
-
Ölüm hədəsi ilə üzləşən qapıçı 6 qol buraxdı
-
Şəhərətrafı qatar reyslərinin sayı 100-ə çatdırılır
-
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - Yenilənib (Foto)
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
-
Tələbələr üçün gediş haqqı daha ucuz olacaq
-
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - (Foto)
-
Prezident İlham Əliyevin “Qobustan” Günəş Elektrik Stansiyasının açılışından maraqlı görüntüləri - (Video)
-
Masazırda şagirdlər zirzəmidə dərs keçib? - Açıqlama - (Video)
-
ABŞ və husilər Omanda gizli görüş keçirdi - Detallar
-
Türkiyəli iş adamının olduğu təyyarə dağa çırpıldı
-
Azərbaycanda 70 qurum akkreditasiya edildi
-
Badamdarda yaşayış binasında partlayış: Xəsarət alan var
-
"Beşiktaş"da ciddi itki
-
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun - Təklif
-
Kanada Aİ-yə qoşula bilər?
-
“Neftçi” 1000-ci oyununa çıxacaq





