İqtisadiyyat

"Müharibə ölkəyə 326 milyard dollar ziyan vurub” - Ukraynanın baş naziri

6 Sentyabr 2022 08:53
Baxış: 795
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynanın baş naziri Denis Şmıqal ölkənin hərbi əməliyyatlardan itkilərini açıqlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, onun sözlərinə görə, müharibə ölkəsinə 326 milyard dollar məbləğində ziyan vurub.

Baş nazir əlavə edib ki, Ukrayna hökuməti bu məbləği Dünya Bankının ekspertləri ilə birlikdə araşdırıb.

Şmıqalın sözlərinə görə, dağılmış obyektlərin bərpasına 105 milyard dollar xərclənməlidir.

Aprelin ortalarında "Financial Times" qəzetinə müsahibəsində Ukraynanın maliyyə naziri Sergey Marçenko bildirib ki, Rusiyanın hərbi əməliyyatı başlayandan bəri ölkənin mülki və hərbi infrastrukturuna dəymiş ziyan 270 milyard dollar təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.