İqtisadiyyat

Çinin Rusiyadan kömür idxalı 5 ilin ən yüksək səviyyəsində

20 Avqust 2022 19:08
Baxış: 795
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2022-ci ilin iyul ayında Çinin Rusiyadan kömür idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq son 5 ilin ən yüksək səviyyəsinə çatıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, keçən ay Rusiyadan 7,42 milyon ton kömür idxal edilib.

Bu rəqəm iyun ayında 6,12 milyon ton, 2021-ci ilin iyulunda isə 6,49 milyon ton olub.

Avropa ölkələrinin embarqosu Rusiyanı Çin və Hindistan kimi alıcıları hədəf almağa və yüksək endirimlə satmağa məcbur edib.

Dəyəri 5500 kilokalori (kkal) olan Rusiya termal kömürü iyulun sonunda maya dəyəri və yük əsasında bir ton üçün təxminən 150 dollara satılıb.

Eyni keyfiyyətdə kömürün tonu Avstraliyanın "Nyukasl" limanında 210 dollardan yuxarı qiymətə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.