Unibankın biznes kredit portfeli rekord həddi keçib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Unibank" KB ASC 2022-ci ilin birinci yarısı üzrə əsas maliyyə göstəricilərini açıqlayıb. Bank öz tarixində biznes portfelinin həcmi və biznesin kreditləşməsi üzrə rekord göstərici əldə edib. Bankın tarixində ilk dəfə olaraq biznes kreditləri portfeli 30 iyun tarixinə 267 milyon manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 44 milyon manat, yəni 20% artım deməkdir. 2022-ci ilin ilk yarısında Bank ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında aktiv iştirakını davam etdirib. Ötən dövrdə xüsusən biznesin kreditləşməsinə diqqət artırılıb. Biznes sektoruna ayrılan kreditlərin həcmi ilk yarımildə 58% artaraq, 148 milyon manat təşkil edib ki, bu da bank tarixində biznesə ayrılan kredit həcminin rekord göstəricisidir. Hesabat dövründə təkcə dövlət fondları hesabına maliyyələşən güzəştli kreditlərin həcmi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 56 % artaraq6 milyon manat olub.
Bankın əsas maliyyə göstəricilərində artım qeydə alınıb. 30 iyun 2022-ci il tarixinə Bankın əməliyyat mənfəəti 8.2 milyon manat təşkil edib. Birinci yarım il ərzində qazanılmış faiz gəlirləri 75.5 milyon manat, qeyri-faiz gəlirləri isə 24.3milyon manat olub. Bununla da Bankın qeyri-faiz gəlirləri ötən ilin uyğun dövrü ilə müqayisədə 33%, faiz gəlirləri isə 38% artıb. Bank birinci yarımili mənfəətlə başa vurub. 30 iyun 2022-ci il tarixinə Bankın əldə etdiyi mənfəət 790 min manat olub.
Bankın dinamik inkişafı əsas maliyyə göstəricilərinin artımında da özünü göstərib. Maliyyə nəticələrinə əsasən, ikinci rübün yekununda "Unibank"ınaktivlərinın həcmində ilin əvvəli ilə müqayisədə 10% artım qeydə alınıb. Bununla da hesabat dövrünə bankın cəmi aktivləri 1 milyard 143 milyon manat təşkil edib. Hesabat dövründə Bankın məcmu kapitalı 110 milyon manat olubki, bu da ilin əvvəli ilə müqayisədə 4 milyon manat çoxdur.
Ötən rüb ərzində "Unibank"ın depozit portfeli də xeyli böyüyüb. Müddətli depozitlər ilk yarımildə 42 milyon manat artaraq, 30 iyun 2022-ci il tarixinə 501 milyon manat təşkil edib.
Ölkədə nağdsız ödənişlərin və elektron ticarətin inkişafına daim dəstək verən Unibank, bu sahəyə öz töhfəsini verib. 2022-ci ilin ilk yarısı ərzində dövriyyədə olan plastik kartların sayı nəzərəçarpacaq dərəcədə artıb. 2021-ci ilin sonu ilə müqayisədə bu ilin ilk yarısında təkcə Visa və Mastercard debet kartları 76 % artaraq, 1 milyona çatıb.
Birinci yarımil həm də Bank üçün çox əlamətdar bir hadisənin baş verməsi ilə yadda qalıb. Apreldə "Unibank"in ölkə bank bazarında ilk olan kredit və multivalyutalı debet kartını özündə birləşdirən tək kartı - UCard-ı müştərilərin istifadəsinə verib. Dörd fərqli valyutada hesabları olan (AZN, USD, EUR, GBP) debet kartı və AZN valyutalı kredit xəttini birləşdirən tək kart olan UCard, qısa müddət ərzində on minlərlə müştərinin seçimi olub. MultivalyutalıUCard özündə müştərinin arzuladığı əksər üstünlükləri birləşdirib. Həmçinin bank özünün mobil bank tətbiqi UBank-ı və terminal şəbəkəsi UTM-ləri də yeni UCard məhsuluna uyğunlaşdıraraq, kartın müştərilər tərəfindən istifadəsini daha da asanlaşdırıb. Bu gün UCard istifadəçilərinin sayı 100 mini keçib.
Ötən ilin ilk 6 ayına nəzərən, Unibank kartları ilə nağdsız dövriyyə bu ilin ilk 6 ayında 3 dəfədən çox artıb. Hesabat dövründə "Unibank"ınUBank tətbiqinin istifadəçilərinin sayı da çoxalıb. Birinci yarımildə UBank mobil əlavəsinin istifadəçi sayı 1.6 milyonu ötüb. Ötən ilin uyğun dövrü ilə müqayisədə bu ilin ilk yarısında mobil tətbiq vasitəsilə aparılan əməliyyatların həcmi 2 dəfə artıb.
Unibank-Sənin Bankın!
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ötən həftədə 9 nəfərin meyiti aşkarlanıb, 55 nəfər xilas edilib
-
İranda ard-arda iki güclü zəlzələ oldu
-
DÇ-2026: Finalın və dünya çempionatının ən yaxşı futbolçuları seçildi
-
Formula 1-də Belçika Qran-Prisini Antonelli qazandı
-
Valideynlərinin yolunu seçən məşhurların övladları – Sənəti nəsildən-nəslə davam etdirirlər - (Foto)
-
İsmayıllıda daha bir qəza - Xəsarət alan var
-
Bu günün valyuta məzənnələri açıqlandı
-
Neft qiymətləri kəskin yüksəldi - Səbəb ABŞ-İran qarşıdurmasıdır
-
Bitcoin 64 min dolları keçdi
-
DÇ-2026: Kuboku komanda aldı, pulu FİFA qazandı
-
Kartof qabığının gizli gücü: Zibilə atmayın
-
Səhər yeməyinə 10 dəqiqəyə hazırlaya biləcəyiniz pendirli börek resepti
-
"Bunu mənə deyənlər indi TikTok-da yemək bişirib satır"
-
Qarpızlar qəfildən köpüklənir: Səbəbi bəlli oldu
-
Dərin hislər bəsləyən kişilərin etdiyi 7 şirin davranış
-
DÇ-2026: İspaniya dünya çempionu oldu
-
Soğan qovurarkən bir çimdik əlavə etmək kifayətdir: Rəngi də, dadı da tamamilə dəyişir
-
Tramp Dünya Çempionatının finalını izləyir (Foto/Video)
-
Peruda zəlzələ nəticəsində 6 nəfər ölüb
-
Avtomobil bazarında durğunluq: Qiymətlər enir, alıcı tapılmır (Video)
-
"Survivor"un iştirakçısı göz yaşları ilə qarşılandı - (Foto)
-
Üzüm yarpağının suyu niyə daşır?
-
Günün qoroskopu: İş həyatınızda gözlənilməz bir fürsət yarana bilər
-
İranın zərbələri nəticəsində ABŞ hərbçiləri həlak olub





