İqtisadiyyat

İyunda gündəlik xam neft hasilatı 523,5 min barrel olub

15 İyul 2022 11:22
0 Şərh     Baxış: 837
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İyunda gündəlik xam neft hasilatı 523,5 min barrel olub.

Enegetika Nazirliyindən Milli.Az-a verilən məlumata görə, 2022-ci ilin iyun ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 632,4 min barrel olub. Bunun 523,5 min barrelini xam neft, 108,9 min barrelini isə kondensat təşkil edib.

Xatırladaq ki, OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 28-ci iclasında qəbul edilmiş razılaşmaya əsasən, iyun ayı üzrə Azərbaycanda gündəlik xam neft hasilatının 8 min barrel artırılaraq 696 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 22 min barrel həcmində olması nəzərdə tutulurdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.