İqtisadiyyat

Kirayə ev sərfəlidir, yoxsa ipoteka? - VİDEO

18 İyun 2022 15:37
0 Şərh     Baxış: 1 070
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kirayə yolu ilə, yoxsa ipoteka krediti ilə mənzil almaq ? Hansı daha sərfəlidir?

Araşdırmalarımıza əsasən deyə bilərik ki, Xətai rayonu, Lütfi Zadə küçəsində yerləşən ümumi sahəsi 105kv.m olan 142 min 762 manat dəyərində mənzili ipoteka krediti ilə müqayisədə kirayə üsulu ilə əldə etmək daha ucuz başa gəlir.

Ancaq İqtisadçı ekspert Rəşad Həsənov bildirir ki, kirayə öhdəliyi ilə satılan mənzillər ipoteka kreditindən bir qədər bahadır. İqtisadçı, həmçinin deyir ki, ipoteka kreditlərindən fərqli olaraq bu layihədə vətəndaşın ərazi seçmək imkanı məhduddur.

Ekspert deyir ki, bu cür layihələrdə vətəndaşların gəlirləri nəzərə alınmalıdır. 

Ekspertin fikrincə, kirayə mənzil layihəsində  vətəndaşlara yeni tikililərlə yanaşı köhnə binalardan da mənzillər təklif olunmalıdır. 

Məsələ ilə bağlı İpoteka və Kredit Zəmanət Fondundan bildirildi ki, kirayə üsulu ilə evsahibi olmaq ipoteka krediti ilə mənzil əldə etməkdən daha asan və az risklidir. Çünki kirayə mənzillərdə ilkin ödəniş belə tələb edilmir. Fondan həmçinin qeyd edildi ki, kirayə öhdəliyi ilə təklif olunan mənzillərin siyahısı hər il genişləndirilir.

Milli.Az Xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.