İqtisadiyyat

Dünya anbarlarında cəmi 10 həftəlik buğda qalıb

26 May 2022 08:27
1 Şərh     Baxış: 847
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynadakı müharibə və Hindistanın son həftələrdə buğda ixracına qadağa qoyması səbəbindən dünyada anbarlarda cəmi 10 həftəlik buğda qalıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu BMT Təhlükəsizlik Şurasında qida təhlükəsizliyi üzrə ekspert Sara Menker deyib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi bu problemi daha dərinləşdirib: "Rusiya-Ukrayna müharibəsi ərzaq təhlükəsizliyi böhranına səbəb olmayıb, sadəcə olaraq uzun müddətdir ki, yanan alovun üzərinə yanacaq əlavə etdi. Sabah müharibə başa çatsa belə, razılaşdırılmış tədbirlər olmadan bizim ərzaq təhlükəsizliyi problemimiz tezliklə aradan qalxmayacaq".

Keçən həftə ABŞ dövlət katibi Entoni Blinken Rusiyanı Ukraynadan buğda ixracına mane olmaqda ittiham etsə də, Rusiya bunu qəti şəkildə rədd edib. Blinken iddia edir ki, Moskva buğdanı müharibədə silah kimi istifadə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.