Yerli istehsalçıların satış-sərgi yarmarkası keçirilir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə "Passage 1901"də yerli istehsalçıların satış-sərgi yarmarkası - "Azərbaycan İstehsalçılar Festivalı 2022" keçirilir.
Agentlikdən Milli.Az-a verilən məlumata görə, yarmarkanın təşkilində məqsəd mikro və kiçik sahibkarlıq subyektlərinin satış imkanlarının və KOB-lar arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də yerli məhsulların tanıdılmasıdır.
Sərgi-satış yarmarkasında 100-dən çox biznes subyekti tərəfindən tekstil, qida, aksesuar, kosmetika, oyuncaq, ev üçün əşyalar və xidmətlər təqdim olunur.
Yarmarkanın rəsmi açılışında çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarların satış bazarlarına çıxışının dəstəklənməsinin KOBİA-nın fəaliyyətinin prioritet istiqamətlərindən olduğunu qeyd edib. Vurğulanıb ki, 2022-ci ildə də xaricdə və ölkəmizdə keçirilən sərgi və yarmarkalarda sahibkarlar KOBİA-nın dəstək proqramı çərçivəsində iştirak edirlər. Bu, Azərbaycan məhsullarının tanınmasına, KOB-ların məhsullarının satışının artmasına, eləcə də "Made in Azerbaijan" brendinin xarici müştərilərə təqdim edilməsi və ixrac imkanlarının genişlənməsinə öz töhfəsini verməkdədir.
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov belə tədbirlərin yerli məhsulların tanıdılması və KOB-ların satış imkanlarının genişləndirilməsində əhəmiyyətini qeyd ediblər.
Yarmarka çərçivəsində həmçinin, biznesini genişləndirmək istəyən sahibkarların ikitərəfli görüşləri və təqdimatları keçirilir, uğurlu iş adamları ilə təcrübə mübadiləsi imkanı yaradılır, master klaslar, eləcə də musiqili proqram təqdim olunur.
Mayın 20-dən start götürmüş Azərbaycan İstehsalçılar Festivalı 22 may tarixinədək saat 10.00-dan 20.00-dək Bakı sakinləri və şəhərimizin qonaqları üçün açıq olacaqdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
-
Azərbaycan nefti yenidən bahalaşdı
-
Dünya bazarında neft yenidən bahalaşdı
-
Süni intellekt dəniz sığortasında zərərləri hadisədən əvvəl azalda bilər - Kirill Patırıkin
-
Heyvandarlıqda yeni subsidiya modeli: Fermerlər üçün nə dəyişəcək?
-
Azərbaycan neftinin qiymətində kəskin artım
XƏBƏR LENTİ
-
Oruc Qasımov vəfat etdi - (Foto)
-
Netanyahu təkzib etdi, “Haaretz”i məhkəməyə verir
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
-
İlon Maskla bağlı sensasion iddialar: “Vətəndaş müharibəsinə qədər...”
-
Zubir “Qarabağ”a qayıdır? – Rəsmi
-
Ana qolları olmadığı üçün körpəsindən imtina etdi
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
-
Zərdabda 5 nəfərin öldüyü hadisənin təfərrüatı - (Foto)
-
İranda dollar yenə bahalaşdı
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)
-
"Bir oyun idi oynadıq, bitdi getdi" - Nigar Tofiqqızının nişanı qayıtdı
-
İsmayıllıda baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlandı
-
Messi bu ispan klubunu alır
-
Suriyada silah-sursat anbarı partladı: Ölən və yaralananlar var
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
-
Kirill Budanov Rusiyada qiyabi həbs edildi
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
"Mançester Yunayted"lə tarixi matç öncəsi "Sabah"da ciddi itki
-
Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlandı
-
Rusiya–Ukrayna müharibəsi: Tank otların arasında gizlənən braziliyalı əsgərin üzərindən keçdi – (Video)
-
Aleksandr Şarovski dəfn edildi - (Yenilənib)
-
Mərhum jurnalistin məzarından bürünc barelyef oğurlanıb
-
Seda Sayanın əri ilə romantik anları: "O qədər gözəlsən, "Ay kimsən"" - (Video)





