İqtisadiyyat

Avro kəskin ucuzlaşacaq - Natiq Cəfərlidən XƏBƏRDARLIQ

5 May 2022 17:18
Baxış: 1 810
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa İttifaqının rəsmi valyutası olan avro kəskin dəyər itirmə təhülkəsi ilə üzləşib.

Milli.Az "bizim.media"-ya istinadən xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Natiq Cəfərli məlumat verib.

"Bu axşam FED uçot dərəcəsini 0,50% artırsa avro dollar qarşısında daha kəskin dəyər itirəcək, 1 avro=1,02-1,03 dollar məzənnəsini görə bilərik", - deyə ekspert qeyd edib.
Natiq Cəfərli FED-in (Federal Ehtiyatlar Sistemi - ABŞ Mərkəzi Bankı səlahiyyətlərini icra edir) mümkün qərarının manata təsirlərini də proqnozlaşdırıb:

"FED uçot dərəcəsini artırarsa, avro manat qarşısında da dəyər itirəcək, yaxın günlərdə 1 avronun alış qiyməti 1 manat 73 qəpik - 1 manat 75 qəpik civarında olacaq. Əgər Avropa Mərkəzi Bankından faiz artımına dair açıqlama gəlməsə və FED növbəti toplantısanda  yenidən uçot dərəcəsi 0,25% artsa, məzənnədə paritet yaranaqcaq, 1 avro, 1 dollara bərəbər olacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.