İqtisadiyyat

Rusiyada sanksiyalara görə işsizlik artdı

26 Aprel 2022 21:29
0 Şərh     Baxış: 931
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyası tərəfindən edilən yazılı açıqlamada Ukraynadakı müharibə səbəbiylə Rusiyada məşğulluq sektorunda müxtəlif problemlərin yaşandığı vurğulanıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, federasiya ölkədə işsizliyin yanvar-fevral ayları ilə müqayisədə 0,3 % artaraq 4,4 %- ə çatdığını açıqlayıb.

İlin əvvəlindən müflis olan şirkətlərin sayının 4,5 % artdığı bildirilən açıqlamada, "Rəsmi olaraq qeydiyyatdan keçmiş işsizlərin sayı yanvar-fevral ayları ilə müqayisədə 0,3 % artaraq 4,4 %- ə yüksəlib. Şimali Qafqazda işsizlik ağır vəziyyətdədir", - deyə bildirilib.

Açıqlamada, Moskvada işsizlik səviyyəsi 2,2 %, Sankt-Peterburqda bunun 1,5 % səviyyəsində olduğu qeyd olunub.

Qeyd edək ki, yüzlərlə beynəlxalq şirkət Ukraynadakı müharibə ilə əlaqədar Rusiyanı tərk etmək qərarına gəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.