İqtisadiyyat

Azərbaycanda toyuq ətinin qiyməti dəyişdi - VİDEO

14 Aprel 2022 12:18
0 Şərh     Baxış: 5 822
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tələbatın yüksək olduğu quş əti məhsullarında bahalaşma müşahidə edilir. Satıcılar bahalaşmanın səbəbini sözügedən məhsulları gətirən firmaların təyin etdiyi qiymətlərlə əlaqəndirirlər. Azərbaycan quş əti, yumurta istehsalçıları və ixracatçıları assosiasiyasının rəhbəri Mürvət Həsənli isə bahalaşmaya yem və pərakəndə satış obyektləri ilə firmalar arasında yaranan problemlərin səbəb olduğunu vurğulayıb.  

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, əvvəl 3 manat 50 qəpik, indi isə 5, 5 manat 50 qəpik...

Gündəlik tələbat malları arasında xüsusi yer tutan toyuq ətinin qiyməti artıb. Satıcılar deyirlər ki, hazırda bu məhsul ötən aylara nisbətən 1-2 manat arasında bahalaşıb

Bəzi satıcılar isə firmaların əvvəlki kimi toyuq gətirmədiyini deyirlər. Ya sayı çox az gəlir, ya da ümumiyyətlə günlərlə gəlmir.

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası da bahalaşmanın olduğunu təsdiqləyir. Qurumun rəhbəri Mürvət Həsənli "Xəzər Xəbər"ə bildirdi ki, toyuq məhsullarının bahalaşması yalnız yemlə əlaqəli deyil.

Mürvət Həsənli onu da bildirdi ki, yemin bahalaşması daha çox Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədardır. Buna görə hər iki ölkə ixraca müəyyən məhdudiyyətlər qoyub. Hətta Argentina da soya satışına limit tətbiq edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.