İqtisadiyyat

Yaponiya Rusiyanın 398 vətəndaşına və 28 təşkilatına sanksiyalar tətbiq edib

12 Aprel 2022 08:39
0 Şərh     Baxış: 703
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiya hökuməti Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar Rusiya Federasiyasından olan 398 nəfərə və 28 təşkilata qarşı əlavə sanksiyaların tətbiqini təsdiqləyib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan məlumatda deyilir.

Xüsusilə Dövlət Dumasının deputatları sanksiyalara məruz qalıb.

Həmçinin Nazirlər Kabinetinin qərarı ilə mayın 12-dən "Sberbank" və "Alfa-Bank"ın səhlməri dondurulacaq.

Bundan əlavə, Yaponiya hökuməti Rusiya Federasiyasında yeni investisiyaların qadağan edilməsini təsdiqləyib.

Qeyd olunur ki, mayın 12-dən etibarən Yaponiyadan Rusiya Federasiyasına yeni investisiyalar yalnız xüsusi icazələrlə həyata keçirilə bilər.

Aprelin 8-də Tokionun Moskvaya qarşı yeni sanksiyalar tətbiq etmək qərarı Yaponiyanın baş naziri Fumio Kişida tərəfindən açıqlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.