İqtisadiyyat

Macarıstan Rusiya qazının pulunu rublla ödəyəcək

12 Aprel 2022 08:18
0 Şərh     Baxış: 586
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Macarıstan Rusiya qazının pulunu rubulla ödəyəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto açıqlama verib.

"Bizim heç bir sanksiyaları pozmayan, eyni zamanda Macarıstana qaz tədarükünü təmin etməyi planladığımız bir həll yolumuz var", - deyə Siyarto bildirib.

Macarıstanın "MVM" enerji qrupunun törəmə şirkəti olan "CEE Energy" hesabı avro ilə ödəyəcək. "Qazprombank" isə öz növbəsində alınan vəsaiti rubla çevirərək "Qazprom eksport"a köçürəcək.

Siyarto Macarıstanın Rusiya neft və qazından asılı olduğunu da vurğulayıb.

Qeyd edək ki, bir neçə gün bundan öncə Macarıstanın baş naziri Viktor Orban da ölkəsinin Rusiay qazının pulunu rublla ödəməyə hazır olduğunu bəyan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.