İqtisadiyyat

Rusiyanın ipoteka bazarı çökür

4 Mart 2022 14:35
3 Şərh     Baxış: 1 487
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynadakı müharibə səbəbindən Qərbin Rusiyaya tətbiq etdiyi sərt sanksiyalar artıq nəticələrini verir.

Rusiya Federasiyasında miqyası indiyədək az qala həndəsi silsilə sürəti ilə artan və daim böyüyən ipoteka kreditləri bazarı çökməyə başlayıb.

Rusiyanın ən böyük banklarından olan VTB ipoteka üzrə kredit faizi stavkasını qaldırdı.

Milli.Az Rusiya mediasına istinadən bildirir ki, bu gündən etibarən VTB-nin əsas ipoteka proqramları üzrə baza stavkası 23 % təşkil edəcək.

Xatırladaq ki, bu günədək VTB-də ipoteka üzrə faiz stavkası 15,2 faiz idi.

Rusiyanın ipoteka kreditləri bazarında ən böyük oyunçular olan "Qazprombank", "Rosbank", TKB, RNKB, "Uralsib", "Absolyut Bank", MKB və "YuniKreditBank"ın da bu gün analoji qərar verəcəkləri gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.