İqtisadiyyat

Daha bir neft nəhəngi Rusiyanı tərk edir

28 Fevral 2022 09:42
1 Şərh     Baxış: 3 976
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Norveçin "Equinor" neft-qaz qruplaşması (sabiq "Statoil) Rusiyadakı birgə müəssisələrdən çıxmaq qərarına gəlib.

Milli.Az Reuters-ə istinadən bildirir ki, "Equinor"un icraçı direktoru Anders Opedalın yaydığı açıqlamada deyilir: "İndiki situasiyada Rusiyadakı mövqelərimizi əsaslı hesab etmirəm. Rusiyadakı biznesimizə yeni investisiyaları dayandırır, Rusiyadakı birgə layihələrimizi dəyərlərimizə uyğun olaraq tərk edirik".

Xatırladaq ki, bir qədər əvvəl Britaniyanın BP korporasiyası Rusiyanın "Rosneft" şirkətindəki 19,75 faizlik payını satacağını bəyan etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.