İqtisadiyyat

Bu rayonlarda kirayə evlərin qiyməti 250 manat artdı

10 Aprel 2024 23:12
Baxış: 4 123
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın bəzi rayonlarının kəndlərində kirayə evlərin qiyməti kəskin bahalaşıb. Bir müddət əvvəl 150 manata kirayə verilən evlər indi 400 manata təklif edilir.

Milli.Az bildirir ki, xezerxeber.az-ın məlumatına görə, artıq 4 ilə yaxındır ki, Qarabağda sürətli quruculuq işləri görülür. İşğaldan azad olunmuş  ərazilərdə bu müddət ərzində xeyli tikinti işləri görülüb, minlərlə yeni iş yeri yaradılıb.

İş üçün həmin ərazilərə gedən insanlar da ən yaxın kəndlərdən kirayə ev tuturlar. Tələbin çox olması isə qiymətləri 2-3 dəfə artırıb.

Bölgələrdə fəaliyyət göstərən rieltorlar deyirlər ki, kirayə verilən evlər orta şəraitli kənd evləridir. Ailəli şəxslər üçün verilən evlərlə subaylara verilən evlər arasında fərq var. Hətta evdə bir neçə nəfər qalırsa, əlavə şəxsə görə də pul ödənir.

Rieltorların sözlərinə görə, tələbin çox olduğu ərazilər Füzulinin Horadiz və Ağdamın Quzanlı qəsəbəsi, eləcə də Tərtərin Poladlı və Evoğlu kəndləridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.