İqtisadiyyat

Azərbaycanda buğda əkini tələbatı niyə ödəmir? - VİDEO

6 Yanvar 2022 13:42
Baxış: 861
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ölkəmizdə ərzaqlıq buğdaya təlabat çoxdur. Lakin yerli istehsal bu təlabatı tam olaraq ödəmir.

Hazırda Azərbaycan ərzaqlıq buğdanın çox hissəsini xaricdən, əsasən də Rusiya və Qazaxıstandan idxal edir.

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov deyir ki, ölkəmizdə müxtəlif  növ buğda sortları əkilir və həmin məhsullardan ərzaqlıq məqsədilə də  istifadə etmək mümkündür.

İmran Cümşüdov deyir ki, dəmyə əkinçilyi ilə əldə edilən buğda həmişə keyfiyyətli olur. Azərbaycanın da  torpaq-iqlim şəraiti buna imkan verir ki, yaxşı məhsul əldə olunsun. Hazırda  elə bu istiqamətdə tədqiqat işləri aparılır, sortlar daha da yaxşılaşdırılır.

Qurum rəsmisi bildirir ki, əsasən Aran, Qərb bögəsi, o cümlədən Qarabağ zonasında topaq, iqlim göstəriciləri yüksək olduğu üçün bu ərazilərdə əkilən dənli taxıl bitkiləri daha keyfiyyətli və məhsuldar olur.

Milli.Az xezerxeber.az-a istinadla mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.