İqtisadiyyat

İrandan idxal edilən duz yararsız çıxdı

23 Dekabr 2021 03:44
0 Şərh     Baxış: 717
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran İslam Respublikasından idxal edilən duzun istehlak üçün yararsız olduğu aşkarlanıb.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Babayeva Kəmalə Telman qızı tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasına idxal olunan 134 ton "Co.kasra bolor arya" şirkətinə məxsus duz məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib. Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Aparılan müayinələr nəticəsində duz məhsulunda yodun kütlə payının texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı aşkar olunub.

Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.