Xalq artisti Sevda İbrahimovanın “Səninlədir canım mənim” adlı konserti keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqi Zalında bəstəkarlıq məktəbinin tanınmış nümayəndəsi, Azərbaycan Respublikasının Xalq artisti, professor, Sevda İbrahimovanın vokal əsərlərindən ibarət konserti keçirilib.
Konsertin təşkilatçısı, Azərbaycan Dövlət Akademik Filarmoniyasının quruluşçu rejissoru, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi musiqişünas Ayla Kərimova-Zəkəriyyə idi. Sevda İbrahimova 28 noyabr 1939-cu il tarixində anadan olmuşdur. Dünən ki konsert bəstəkarın ad gününə həsr olunub.
Musiqi axşamını giriş sözü ilə açan Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, metodika və xüsusi pedagoji kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elnarə xanım Məmmədova tamaşaçıları salamladı və bəstəkar Sevda İbrahimova haqqında xatirələri ilə bölüşdü. Daha sonra gecənin bədii hissəsi başladı. Konsertin solistləri tanınmış vokal ifaçıları: Azərbaycan Respublikasının Xalq artisti - Gülnaz İsmayılova (soprano), Azərbaycan Respublikasının Əməkdar artistləri Fəridə Məmmədova (soprano), Səbinə Əsədova (mezzo-soprano) və Fərid Əliyev (tenor) maraqlı və biri birindən gözəl əsərləri tamaşaçıların diqqətinə çatdırdılar. Fortepianoda müşayiət edirlər: Svetlana Əhmədova, Nigar Hüseynzadə və Günel Rəhimova. Vokal musiqisi axşamında bəstəkar Sevda İbrahimovanın N.Gəncəvi, N.Həsənzadə, A.Babayev, H.Billuri, M.İbrahimov, M.Dilbazi, M.Araz, N.Rəfibəylinin sözlərinə yazılmış vokal əsərləri səsləndirildi. Səslənən əsərlər janr etibarilə və eyni zamanda obraz, məzmun xüsusiyyətinə görə çox müxtəlif və rəngarəng idi.
Konsertin təşkilatçısı Ayla Kərimova-Zəkəriyyə milli.aza müsahibəsində qeyd etdi ki: "Bəstəkar Sevda xanım İbrahimova dünyaya göz açandan sənət aləmi, yaradıcı mühitlə təmasda olub. Babası - məşhur tarzən Qurban Pirimov, anası - Azərbaycanın ilk pianoçu qadınlarından olan Sara xanım, nəhayət, atası - Xalq yazıçısı Mirzə İbrahimov ocağı və bu ziyalı atmosfer Sevda İbrahimova yaradıcılığına, onun şəxsiyyət kimi formalaşmasına təsir etməyə bilməzdi. Bildiyiniz kimi, Prezident İlham Əliyev 2021-ci ili "Nizami Gəncəvi İli" elan etmişdir. Diqqətəlayiqdir ki, bu gün kamera musiqisi axşamında dahi şair və mütəfəkkir Nizami Gəncəvinin sözlərinə iki vokal miniatür səslənəcək. Konsertin adı da "Səninlədir canım mənim" adlanır, bu əsər Nizami Gəncəvinin 850 illiyinə həsr olunmuşdur. Bütün bəstəkarlar eyni arzu - əsərlərini daim eşitmək arzusu ilə yaşayırlar. Düşünürəm ki belə musiqi axşamları ən'ənəyə çevrilməlidir".
Tədbirdə qonaqlar arasında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, bəstəkar-musiqişünas, Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, professor, fəlsəfə elmləri doktoru Gülnaz Abdullazadə, musiqişünas alim, sənətşünaslıq üzrə elmlər doktoru, professor İmruz Əfəndiyeva, musiqişünas, professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zemfira Qafarova, Azərbaycan Respublikasının Əməkdar müəllimi, professor, bəstəkar Adilə Yusifova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xatirə Həsənzadə və s.tanınmış simalar, ictimai xadimlər var idi.
Sonda Sevda İbrahimovanın bacısı Solmaz İbrahimova, qohumu, Əməkdar incəsənət xadimi, professor Sona İbrahimova ürək sözləri ilə çıxış etmiş, konsertin təşkilatçısı Ayla Kərimova-Zəkəriyyəyə və Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq artisti, professor Murad Adıgözəl-zadəyə təşəkkürlərini bildirmişlər.
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Gülnarə Xəlilova Qazaxıstanda “Upcycling” ekoloji moda konsepsiyası ilə uğur qazandı - FOTO
-
Bakıda hər bir notun minnətdarlığa çevrildiyi “İthaf” axşamı - FOTO
-
Filarmoniyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı təqdim olundu - FOTO
-
Azərbaycan Milli İncəsənət Muzeyində Ümummilli Lider Heydər Əliyev və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş memorial zalın açılış mərasimi keçirilib - FOTO
-
Arif Babayevin qəbrinə yazılmış söz aranı qatdı – Gerçək BİLİNDİ - FOTO
-
Bakı iki gün ərzində incəsənət və yaradıcılıq mərkəzinə çevrildi - FOTO
XƏBƏR LENTİ
-
Sevəndə gözü heçnə görməyən 4 bürc
-
İnəklərin niyə həmişə eyni istiqamətə baxaraq otladığı izah edildi
-
Paltardakı ləkələri çıxarmağın sadə yolu
-
Gülləri uzun müddət təravətli saxlamağın sirri açıqlandı
-
Beynimiz bu yaşdan sonra KİÇİLİRMİŞ
-
Qandakı zərərli yağları azaldan möcüzəvi QİDA
-
Toz və səs-küyü azaltmaq üçün tikinti sahəsini nəhəng qabarcıqlarla örtdülər
-
62 yaşlı Hülya Avşarın müzakirə yaradan VİDEOsu: Serenayla Merti ƏLƏ SALDI
-
Vahid idarəetmə sistemi qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Əli Avropa çempionu oldu
-
FİFA dünya çempionatı ilə bağlı yeni qərar verdi
-
Çin avtomobilləri sınaqdan keçə bilmədi: Alıcılar yenidən "köhnə dostlara" qayıdır
-
Günün qoroskopu: artıq hazırırsınız, sadəcə addım atmaq qalır
-
Bakıda keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb - FOTO
-
“Vurulan qollar sualların cavabı idi” - Rəşad Sadıqov
-
“Hisin-pasın içində can veririk”
-
"Yeni Delta 2026" ekspedisiyasının həyəcan təbili: Xəzərin dibi üzə çıxır - FOTO
-
“Eşref Rüya”da yeni sima - “İhtiyar” - FOTO
-
Valdas Dambrauskas: "Futbolçularım uğura ac idilər"
-
Levandovski fantastik təklif alıb: 90 milyon avro maaş
-
“Koroğlu” körpüsü qəzalı vəziyyətdədir? - Açıqlama
-
“Neftçi” “Sabah”ın qələbəsinə belə reaksiya verdi - FOTO
-
Mələkxanım Eyubova və ailəsindən gəlininə sürpriz - VİDEO
-
Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi - FOTO





