Mədəniyyət

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında ustad dərsləri keçirilir

22 Sentyabr 2021 12:52
1 Şərh     Baxış: 1 250
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

21 sentyabrda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Rusiya Teatr Sənəti İnstitutunun (QİTİS) Səhnə hərəkəti və plastika kafedrasının müdiri Aydar Zakirovun rəhbərliyi ilə səhnə hərəkəti və qılıncoynatma fənləri üzrə ustad dərslərinə başlanılıb.

Mədəniyyət Nazirliyi tərəfindən teatr peşələri üzrə mütəmadi olaraq, təlim və təcrübə mübadiləsi, ixtisasartırma, xaricdə təhsil imkanları yaradaraq, kadr potensialını inkişaf etdirmək məqsədilə həyata keçirilən tədbirlər silsiləsindən olan ustad dərsləri  24 sentyabr tarixinə qədər davam edəcək. Qeyd edək ki, təlimlərdə ölkənin ayrı-ayrı teatrlarından gənc aktyorlar, xoreoqraflar, eləcə də Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin bir qrup müəllim və tələbələri də iştirak edirlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.