Mədəniyyət

"Uşaqlıq"ın onlayn premyerası keçiriləcək...

7 Dekabr 2020 16:12
Baxış: 1 381
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sumqayıt Dövlət Dram Teatrı COVİD-19 pandemiyası ilə bağlı elan olunmuş karantin rejimi dövründən doğma tamaşaçıları ilə ünsiyyəti sosial şəbəkə üzərindən gerçəkləşdirir. Artıq xeyli müddətdir ki, virtual repertuar planımızla üzərimizə düşən missiyamızı yerinə yetiririk. Yaradıcılıq prosesinin dayanmaması üçün rejissorlar məşqləri onlayn şəkildə aparır. Belə vəziyyətlərdə yaradıcı heyət daha çox kamera əsərlərinə, monotamaşalara üstünlük verir.

Teatrın baş rejissoru Xalq artisti Firudi Məhərrəmovun gənc yazar Ülviyyə Heydərovanın "Uşaqlıq" əsəri əsasında hazırladığı eyni adlı monotamaşanı istedadlı aktrisa İlahə Səfərova ifa edir. Tamaşa sirk artisti olan və sənətini dəlicə sevən qadının bətnindəki körpəsi ilə xəyali söhbəti üzəridə qurulub. Gərgin psixoloji məqamların fonunda gənc qadının çırpınışları, kritik seçim qarşısında qalışı İlahə Səfərovanın mükəmməl oyun tərzi ilə maraq doğurur.

Sözügedən səhnə əsərinin  13  dekabr, saat 18-də   onlayn premyerası keçiriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.