Mədəniyyət

Ümumdünya Kitab və Müəlliflik hüququ günü

23 Aprel 2010 18:56
Baxış: 5 856
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bu gün 1616-cı ildə M.Servantes, V.Şekspir və İnka Qarsilaso de la Veqa dünyasını dəyişib. Bugünkü tarixdə həmçinin Moris Drüon, X.Laksness, C.Pla və Manuel Mexia Valyexo kimi məşhur müəlliflərin anadan olma və ya həyatdan getmə günləridir.

1995-ci ilin bu tarixində Parisdə YUNESKO-nun baş konfransı keçirilib. Konfransda nümayəndələr həmin gün kitab və müəlliflərə ehtiram göstərilməsini qərara alaraq, hər kəsi, əsasən də gənc nəsli mütaliədən həzz almağa, eləcə də bəşəriyyətin ictimai və mədəni inkişafında böyük rolu olmuş insanların zəhmətinə hörmət bəslənməsinə çağırdı. Elə həmin konfransda Ümumdünya Kitab vә Müәlliflik hüququ günü, həmçinin Uşaq və yeniyetmə ədəbiyyatında dözümlülük ideallarının təbliğinə görə YUNESKO mükafatı təsis edildi.

Bu gün həmçinin Azərbaycan Media Mərkəzi və "Yeni Nəsil" Jurnalistlər Birliyi "Azərbaycanda debat mədəniyyəti" proqramı çərçivəsində növbəti debat təşkil ediblər. Debat "Azərbaycanda müəllif hüquqları qorunurmu?" mövzusunda keçirilib. Debatda Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin hüquq şöbəsinin müdiri Xudayət Həsənli və Azərbaycan Müəllifləri İctimai Birliyinin sədr müavini İsmayıl Əhməd iştirak ediblər. Polemikaya müğənni Nazpəri Dostəliyeva, bəstəkar Xəyyam Mirzəzadə, MTRŞ baş məsləhətçisi Tofiq Əliyev, hüquqşünaslar, KİV və QHT nümayəndələri də qoşulublar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.