Mədəniyyət

"İndiki estrada ifaçılarının səviyyəsi aşağıdır" - Eldar Mansurov

17 Avqust 2020 14:56
Baxış: 1 994
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bəstəkar Eldar Mansurov ATV-də yayımlanan "Bağ mövsümü" proqramında qonaq olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, musiqiçi estradanın indiki vəziyyətindən şikayətlənib. O, aparıcının "Bugünkü müasir sənət yolumuz möhkəmdir" sualına belə cavab verib:

"Bu sualla ətrafdakı bu ağacların xətrinə dəyməyin. Onlar gözəl bar verir. İstərdim ki, bizim də estrada elə bar versin. Heyif estrada belə deyil. Gözəl estradamız var idi. Bu mənim sənətim idim. Fikir çəkirəm. İndiyənə kimi estradamız necə idi, indi nə gündədir. Yaxşılarla işləmişəm. İndikilərlə müqayisəyə gəlmirlər, çünki indikilərin səviyyəsi çox aşağıdır. Baxın, Müslüm Maqomayev, Flora Kərimova, Yalçın Rzazadə... Görün kimlər var idi. Bu gün olanlara baxın. İndi gözə tək-tək dəyirlər.

Gözümü açıb evimizdə muğam görmüşəm. Evimizə sənətkrlar gəliblər. Onların bir-biri ilə münasibətlərini görmüşəm, paxıllıqlarını yox". 

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.