Dekabrın 21-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda tanınmış yazıçı-dramaturq, "Ulduz" jurnalının baş redaktoru Elçin Hüseynbəylinin anadan olmasının 50 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib. AzərTAc xəbər verir ki, AYB-in sədri, xalq yazıçısı Anar yubilyarın yaradıcılığı haqqında məlumat vermişdir. Onun son illərdə müasir ədəbiyyatımıza bəxş etdiyi roman və povestlər, dram əsərləri, esselər, hekayə və publisistik yazıların nəinki Azərbaycanda, hətta ölkənin hüdudlarından kənarda da nəşr olunduğunu, ədəbi mühitimizə şöhrət gətirdiyini bildirib.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin mədəniyyət komitəsinin sədri, Əməkdar Elm Xadimi Nizami Cəfərov E.Hüseynbəylini əsərlərində Azərbaycan ziyalısı təfəkkürünü əhatə edən yazıçı, naşir və səmimi dost kimi səciyyələndirib.
Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Çingiz Əlioğlu E.Hüseynbəylini çox istedadlı və xoşbəxt sənətkar olduğunu diqqətə çatdırıb.
AYB-in katibləri, xalq şairi Fikrət Qoca, xalq yazıçısı Çingiz Abdullayev, şair İlyas Tapdıq yubilyarı dünya ədəbiyyatının mövcud təcrübəsindən bəhrələnən, tariximizə ayna tutan bir yaradıcı ziyalı kimi xarakterizə ediblər.
Çıxış edənlər qocalığın gəncliyini yaşayan, sözünü deməyə hər zaman meydan tapan yazıçını "Balıq adam", "Tut ağacı boyunca", "Don Juan", "Yovşan qağayılar", "Şah Abbas" romanları, eləcə də çoxsaylı pyes, hekayə və publisistik məqalələri ilə fikir dünyamıza, ədəbiyyatımıza layiqli töhfələr verən qələm sahibi kimi yüksək qiymətləndiriblər.
Tədbirdə AYB-in katibləri Arif Əmrahoğlu, Rəşad Məcid öz həmkarlarını təbrik edib, "Vektor" nəşrlər evinin direktoru, şair Elçin İsgəndərli qələm dostunu 7 milyard əhalisi olan dünyanın ən xoşbəxt nümayəndəsi adlandırmış və ona 50 yaşının tamam olması münasibətilə Moskvadakı Beynəlxalq Mükafatlar Birliyinin "Şərəf və vicdan" mükafatını təqdim edib.
Sonda E.Hüseynbəyli tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmiş, yeni yaradıcılıq planlarından danışıb.
Milli.Az
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Yazıçı Elçin Hüseynbəylinin yubileyi qeyd edilib
21 Dekabr 2011 21:22
0 Şərh
Baxış: 1 422

DİGƏR XƏBƏRLƏR
-
"Bakı axşamı dostlar əhatəsində" konserti keçiriləcək
-
“Balacalar üçün Sirk” adlı teatr tamaşası bütün ailəni sevindirəcək
-
“Gənclərə dəstək” layihəsi çərçivəsində “Yürekten Ürəyə” adlı konserti baş tutdu - FOTO
-
Osakada keçirilən “Ekspo 2025” dünya sərgisində Azərbaycan Milli Günü təşkil olunub - FOTO
-
Əməkdar artisti vəfat etdi - FOTO
-
Bakıda “Yer ünsürü”nə həsr olunmuş Azerbaijan Fashion Week-in 18-ci mövsümü başa çatdı - FOTO
XƏBƏR LENTİ
-
Rusiya Maska siyasi sığınacaq təklif etdi
-
Millimiz Qazaxıstanı məğlub etdi
-
Bu qan qrupundan olan insanlara pis xəbər
-
Paşinyan ilk dəfə Azərbaycanı Qurban bayramı münasibətilə təbrik etdi
-
“Sihirli Annem”in aktrisası xərçəng xəstəliyindən əziyyət çəkir - FOTO
-
Fransalı nazirdən qeyri-etik hərəkət – VİDEO
-
Bu qablar xərçəng yaradır - XƏBƏRDARLIQ
-
Azərbaycanda yeni tibb müəssisəsi tikilir - 18,5 milyon manata
-
Qurban bayramında rayonlara turist axını - Kirayə evlərin qiyməti artıb?
-
"Bakı axşamı dostlar əhatəsində" konserti keçiriləcək
-
Abituriyentlərə keçid balları ilə bağlı şad xəbər
-
Sürücülərin nəzərinə!
-
“Balacalar üçün Sirk” adlı teatr tamaşası bütün ailəni sevindirəcək
-
Tom Kruzdan yeni rekord: Yanan paraşütlə Ginnesə düşdü!
-
Toyda döyülmüşdü - 9 gün sonra öldü - VİDEO
-
Bu ixtisaslara qəbul olmaq asandır - SİYAHI
-
Tovuzda ruhi-əsəb xəstəsi anasını öldürdü, bacısını yaraladı - Daha sonra evlərini yandırdı
-
QMİ sədri: “Azərbaycanda məzhəblərarası qarşıdurma yoxdur”
-
Bakıda bu parkinqlərdə qiymətlər artırıldı - VİDEO - FOTO
-
Boksçumuz Qazaxıstanda bürünc medal qazanıb
-
Aerodromlar, neft bazası və digər obyektlər: Rusiyaya endirilmiş zərbənin miqyası açıqlandı
-
“Gənclərə dəstək” layihəsi çərçivəsində “Yürekten Ürəyə” adlı konserti baş tutdu - FOTO
-
İlon Mask ABŞ-da yeni siyasi partiya ideyasını gündəmə gətirdi
-
3 avtomobil toqquşub, sərnişin sıxılı vəziyyətdə qalıb - FHN - VİDEO