"Mən burdayam, sevgili oxucum. Bəs sən hardasan?" O, "Dəmir yolu hekayəçiləri" əsərinin sonunda belə səslənirdi oxucusuna. Bir az giley var idi bu cümləsində, amma bu gileyində belə, həmişəki kübarlığını əldən buraxmıırdı. Yaşadığı dönəmdə yetərincə qiymət verilməmiş yazarlardan idi. Ölümündən illər sonra dəyəri bilinib, əsərləri çox oxunsa, çox sevilsə də, yaşadığı dönəmdə yazdıqlarını geniş oxucu kütləsinə çatdıra bilməməsi üzürdü onu. Bu giley də həmin üzüntünün ifadəsi idi. Kədərlə yumoru, iztirabla sevinci sintezləməyi yaxşı bacarırdı. Şablonlarla oynamağın, onları dağıtmağın, bəzən də o dağıtdıqlarını yenidən bir yerə yığmağın ustası idi. Bu gözlənilməzlik də onun yaradıcılığı üçün səciyyəvi əlamətlərdən biridir...
Milli.Az xəbər portalı "Zaman Azərbaycan"a istinadən bildirir ki, altay 1934-cü ildə İneboluda dünyaya gəldi. Atası Cəmil Atay millət vəkili idi. Ankara Maarif Kollecini bitirdikdən sonra İstanbul Texniki Universitetinin inşaat mühəndisliyi fakültəsinə daxil oldu. Sonralar universitetdə müəllim olaraq çalışdı. 1970-ci ildə ilk əsəri "Yerini tapa bilməyənlər" ("Tutunamayanlar") işıq üzü gördü. 1973-cü ildə ikinci romanı "Təhlükəli oyunlar" yayınlandı. Hekayələrini "Qorxunu gözləyərkən" adlı kitabında topladı. "Oyunlarla yaşayanlar" əsəri Dövlət teatrlarında dəfələrlə səhnələşdirildi. Oğuz Atay 1977-ci ilin 13 dekabrında, böyük proyekti - "Türkiyənin ruhu"nu bitirə bilmədən vəfat etdi.
43 illik həyata çox şeylər sığdırdı o. Bunu yaradıcılıq anlamında söyləyirəm. Yoxsa insan həyatı üçün 43 il nədir ki? Üstəlik, bu qısa həyatın son illərini xəstəliklə mübarizədə keçirmişdi. Beynində şiş vardı. Elə həmin xəstəlik də həyatına son qoydu.
"Tutunamayanlar" şedevri və sonrası
1972-ci ildə ilk romanı - "Yerini tapa bilməyənlər" nəşr edildikdən və TRT-nin roman mükafatını qazandıqdan dərhal sonra müxtəlif mübahisələrin arasında qaldı Oğuz Atay. Bu roman birmənalı qarşılanmadı ədəbiyyat çevrələri tərəfindən. Bəyənənlər olsa da, daha çox tənqid edildi, yerdən-yerə vuruldu, hətta "bu, roman deyil" deyənlər belə çıxdı. Bu duruma yazar özü belə cavab verirdi: "Tənqidçilərimizin, daha doğrusu, uzun müddətdir yazmayanların beynində təyin olunmuş, sərhədləri çəkilmiş roman anlayışı var. Mənim qarışıq, müəyyən süjet xətti olmayan, alışılmış roman anlayışından fərqli tərzdə yazılmış romanım onların bu qəliblərinə uymadığı üçün, ya "bu, roman deyil" deyirlər, ya da bu əsərdən bir qədər uzaq durmağa çalışırlar".
Oğuz Atayı tənqid edən digər bir zümrə isə "Yerini tapa bilməyənlər" əsərini heç bir ideologiyaya xidmət etmədiyini bildirirdi. Əslində Atayın ən böyük bədbəxtçiliyi də elə bunda idi. 1970-ci illər Türkiyədə sağ-sol (millətçi-mühafizəkar, sosialist-komunist) qarşıdurmasının pik nöqtəyə çatdığı dövr hesab olunur. Həmin illərdə yazılan bütün əsərlər əsasən ya sağ, ya da sol ideologiyanın məhsulları idi. Bütün bu çaxnaşmaların, qarşıdurmaların, ideologiya savaşlarının arasında, Oğuz Atayın "ideologiyasız insan"ı heç bir şey ifadə etmirdi. Daha doğrusu səsini çıxarmağa imkan verilmirdi həmin insana. Ya məndən, ya da qarşı tərəfdən olmalısan. İnsanın önəmi yox idi bu savaşda, önəmli olan ideologiyalar idi. Hətta sənət əsərlərinə belə, bu prizmadan yanaşılırdı o dönəmdə. Özünütənqid ələ salmaq, hansısa vəziyyətə ironiya ilə yanaşmaq qəbul olunmur, bunu etməyə çalışanlara da rişxəndlə baxılırdı. Müəyyən sosial-siyasi sifarişi olmayan, hansısa ideologiyaya xidmət etməyən əsər ciddi qəbul edilmirdi. Halbuki çox önəmli bir vəzifəni yerinə yetirirdi Oğuz Atay - insanı anlatmağa çalışırdı, həm də bütün duyğuları, düşüncələri, inandıqları, şübhələri, lağlağıları ilə birlikdə.
Bəs bu ögey münasibətin səbəbi nə idi?
"Yerini tapa bilməyənlər" türk ədəbiyyatında ilk posmodern roman hesab olunur. Yayınlandığı dövr üçün yenilik hesab oluna biləcək, fərqli üslubda yazılmış bu əsərdə kiçik burjua cəmiyyətindən, orta sinif ailələrindən, onların dəyərlərindən, həyat tərzlərindən, türk ziyalısının problemlərindən bəhs edilir. Atay möhtəşəm satira gücü ilə özünün də mənsubu olduğu bu cəmiyyətin hər şeyini: insanını, dostluqlarını, ailəvi münasibətlərini bütün detallları ilə göz önünə sərir. Onun ustası olduğu məsələdir bu DETALLAR məsələsi. Detallardan elə mənalar çıxarır, həmin mənaları elə ustalıqla, zəngin satirik dil və maraqlı üslubla oxucuya çatdırır ki, heyran qalmamaq mümkün olmur.
Oğuz Atay o dönəmdəki türk ədəbiyyatı üçün bir "razmer" böyük idi. Hər şeydən əvvəl, çox intellektual bir ədəbiyyat adamı olan Atayın genişçaplı mütaliəsi vardı, çox oxuyurdu: təkcə bədii kitablara deyil, elmi, tarixi, fəlsəfi əsərlərə də maraq göstərirdi. Bu intellektuallığını heç vaxt insanları aşağılamaq, insanlara üstdən-aşağı baxmaq üçün istifadə etmirdi. Psevdointellektuallardan fərqli olaraq, bildikləri ilə öyünmürdü. Bütün bu savadı, intellekti yaradıcılığında özünüifadə vasitəsi kimi istifadə etməkdən başqa bir iddiası yox idi.
O dövrdə nə ziyalı kimi qəbul olundu, nə də ədəbiyyatçı kimi. Nə ədəbiyyat sahəsində, nə də ziyalı olmaq məsələsində əvvəlcədən müəyyən olunmuş qəliblərin adamı deyildi. Əksinə, həmin qəlibləri, şablonları dağıtmağın həvəskarı idi. Bu həvəs onun yaşaması üçün gərəkliydi...
Oğuz Atayın əsərlərində nələrdən bəhs edilir? Bir çox şeydən: türklərin tarixindən, qəssab Hegeldən, gecəqonduda yaşayan ziyalıdan, dəmir yolunda hekayələrini satmağa çalışan ədəbiyyatçıdan, qorxunun həsrətini çəkənlərdən və s... Bütün bunları söz oyunları, ironiya ilə bəzəyir Oğuz Atay.
O, "nə"yi yox, "necə"ni anlatmağın ustasıdır. Onun əsərlərini oxuyarkən, "görəsən bundan sonra nələr, hansı olaylar olacaq?" demək yerinə, "görəsən daha nələrlə, hansı detallarla, hansı vəziyyətlərlə güldürəcək bizi Oğuz Atay?" deyə düşünürsən. Çünki əsərdəki bütün qəhrəmanlar əslində Oğuz Atayın özüdür. Üstəlik, bu gerçəkliyi əsərdə müəllif bilərəkdən özü ifşa edir. Əsər boyunca, bütün qəhrəmanlarda kədərli, pessimist, optimist, lağlağıcı, şübhəçi, ziddiyyətli Oğuz Atayı görürük. Başqa cür desək, əsərlərindəki qəhrəmanlar Oğuz Atayın iti zəkasının kölgəsində qalırlar.
Onun əsərlərində Nabokovun, Kafkanın, Dostoyevskinin, Qonçarovun və daha bir çox ədəbiyyatçıların qoxusunu duymaq mümkündür. Özü də bu yazarlardan təsirləndiyini müsahibələrində dəfələrlə vurğulayıb.
Oğuz Atay, yazmaq və ziddiyyət...
Sevdiyim yazıçılar çoxdur, amma Oğuz Atayın yeri başqadır mənim üçün. Selincerin qəhrəmanı Holden Koldfildin söylədiyi: "Əgər bir əsəri oxuyub bitirdikdən sonra ürəyimdə o əsərin yazarı ilə tanış olmaq, telefonla zəng eləyib, söhbət etmək istəyi aşıb-daşırsa, o yazıçı mənim üçün çox dəyərlidir" sözləri Oğuz Atay haqqındakı düşüncələrimi, duyğularımı ən gözəl şəkildə ifadə edir. Bu duyğunu başqa yazarları oxuyarkən də hiss etmişəm. Amma bu hisslər, Oğuz Atayı oxuyarkən duyduğum hisslər qədər qabarıq olmayıb heç vaxt. Digər tərəfdən, Oğuz Atay məni ziddiyyətlərə qərq edən bir yazardır. Atayın əsərlərini oxuyarkən bir yandan, "mən də yazmalıyam, mən də onun kimi əsərlər ortaya çıxarmalıyam" deyə düşünür, həvəslənir, digər yandan da, "heç vaxt onun kimi yaxşı yaza bilməyəcəm, boş yerə yazmağın da mənası yoxdur" deyə tərəddüd edir, ehtiyatlanıram. Və mənim üçün yaxşı yazarın göstəricisi də məhz həmin ziddiyyətdir...
P.S. 1980-ci illərin əvvəlindən başlayaraq, Oğuz Atay yaradıcılığının önəmi yavaş-yavaş anlaşılmağa başlandı. Xüsusən də, 90-cı illərdə Oğuz Atay əsərləri dəfələrlə nəşr olundu, çox oxundu, çox sevildi. Nəhayət, çox gileyli, amma ümidini itirmədiyi oxucusuna qovuşa bildi.
İndi isə giley eləmək sırası biz Oğuz Atay oxucularındadır: biz burdayıq, mən burdayam, sevimli yazarımız. Bəs sən hardasan?
Milli.Az
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bəs sən hardasan?
17 Dekabr 2011 21:16
0 Şərh
Baxış: 456

DİGƏR XƏBƏRLƏR
-
Ramil Qasımovun rəhbərliyi ilə Bülbül Vokal Məktəbinin ilk buraxılışı keçirilib – FOTO
-
“Yaz və yay #2” konserti keçirəcək
-
“Fortepiano üçün ədəbi etüd” ədəbi müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib - FOTO
-
Cahan Namazova Londonda keçirilən Golden Time Talent Festival ilk mükafatına layiq görülüb – VİDEO - FOTO
-
Mədəniyyət Nazirliyi Anarın tənqidlərinə cavab verdi
-
"Opera günləri" layihəsi çərçivəsində dahi Bülbül yad edilib - FOTO
XƏBƏR LENTİ
-
Xaricdən Azərbaycana yatırılan investisiyaların həcmi açıqlandı
-
Oğlunun bu hərəkəti Nazpərini ağlatdı - VİDEO
-
Bibliyanın xəbərdarlığı reallaşır: Nəhəng çay quruyur - Təhlükə nədir?
-
Marsda yaşamaq, həbsxana həyatından çox da fərqli olmayacaq
-
Azərbaycanda 1 yaşadək uşaqlar ən çox bu səbəblərdən ölür
-
Kondisioner bu xəstəlikləri müalicə edirmiş - bir şərtlə
-
Türk seriallarının ulduzu TANINMAZ HALDA: "parik" qoyurmuş... - FOTO
-
“Real”ın yeni ulduzunun sevgilisi gözəlliyi ilə göz qamaşdırdı - FOTOlar
-
Mələkxanım Eyubovadan səhhəti ilə bağlı açıqlama
-
Tovuzda dönərdən zəhərlənən şəxslərin yaxınları baş verənləri DANIŞDI - VİDEO
-
Ronaldu qərarını verdi - Müqavilə imzalanır
-
Azərbaycanda Məhərrəm ayı başlayıb
-
Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib - VİDEO
-
Sabitlik və qürur sütunu - 107 illik şərəfli tarix
-
Günün qoroskopu: Sevgi münasibətlərində dərin söhbətlərə fürsət yaranır
-
İki illik evlilikləri bitir - FOTO
-
"Tək gözlə imtahandan 55 bal topladım" - Gözünü arı sancan müəllim
-
Vüsaldan ilk açıqlama!
-
Şəbnəm Tovuzlunu “dollar yağışı”na tutan ailə narkotacir imiş - VİDEO
-
Benzini "klik" səsindən sonra doldurmayın - XƏBƏRDARLIQ
-
Azərbaycandan İrana gedənlər çoxalıb - statistika
-
Talıb Talenin xanımına qoyduğu qadağa
-
Çörək ilə bağlı ciddi XƏBƏRDARLIQ
-
Belə yuxular görənlər tez ölür