Mədəniyyət

Yaşar Nurinin həyat yoldaşı jurnalistlərə müraciət etdi

16 Dekabr 2011 20:02
0 Şərh     Baxış: 747
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az xəbər portalı vasitəsi ilə media mənsublarına səslənən xalq arstisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva qələm əhlini öz insafları ilə baş-başa buraxdı. "Hamı Yaşarın səhhəti ilə maraqlanır, onun vəziyyətinin necə olduğunu bilmək istəyir. Amma bəzi jurnalistlər var ki, müxtəlif sayt və qəzetlərdə reytinq qazanmaq naminə heç bir məntiqə sığmayan təsdiqlənməmiş informasiyalar yayırlar. Çox az sayda jurnalist var ki, doğru xəbər yayır. Ailə üzvlərimizin, minlərlə pərəstişkarının bu cür gərgin, əsəbi vəziyyətdə olduğu bir vaxtda lazımsız şaiyələri yaymaq nə dərəcədə doğrudur? Dezinformasiya yayanları öz vicdanları ilə baş-başa buraxıram. Həkimlərin müdaxiləsinə baxmayaraq, hələ ki, Yaşarın səhhətində müsbət irəliləyiş yoxdur. İmmun sistemində zəiflik olduğu üçün müalicə effekti özünü zəif göstərir. Amma ümidlərimizi itirmirik. Allah-Təala həkimlərimizin səyi nəticəsində Yaşarı yenidən onu sevənlərə bağışlayacaq" -  Rəhimə xanım fikirlərini belə tamamladı.

Məlumat üçün bildirək ki, 11 noyabr 2011-ci il tarixindən Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsində müalicəsini davam etdirən Azərbaycanın xalq artistinin səhhəti bu ilin sentyabrında qəflətən pisləşmişdi. Aktyor bir müddət Mərkəzi Gömrük Hospitalında müalicə almışdı. Xalq artisti ötən ilin sonu, bu ilin əvvəllərində isə Türkiyənin İstanbul "Memorial" xəstəxanasında uzun müddət müalicə olunub.

Şahin Cavadsoy
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.