İdman

"Barsa" Levandovskinin yerinə hücumçu TAPDI - FOTO

27 Aprel 2025 10:49
Baxış: 1 040
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona" "Atletiko Madrid"in 25 yaşlı hücumçusu Julian Alvareslə maraqlanır.

Milli.Az  bildirir ki, argentinalı futbolçu "Atletiko"ya keçməklə düzgün addım atdığını düşündüyü üçün "blauqranalar"a transferi həyata keçirmək problemli olacaq. Üstəlik, Alvares kluba və şəhərə tam uyğunlaşıb. "Döşək ustaları" da 25 yaşlı futbolçunu gələcək idman layihələri üçün ən dəyərli oyunçu hesab edirlər.

Alvares bu mövsüm bütün turnirlərdə 50 oyun keçirib, 27 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2030-cu ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 90 milyon avrodur.

Qeyd olunur ki, "Barselona" Alvaresi yayda klubu tərk edəcəyi gözlənilən Levandovskinin əvəzləyici kimi görür. /Lent.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.