Türkiyə

İstanbul üçün dəhşətli zəlzələ XƏBƏRDARLIĞI

27 Aprel 2025 11:38
Baxış: 1 093
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məlum olduğu kimi, aprelin 23-də Mərmərə dənizinin Silivri sahillərində 6,2 bal gücündə zəlzələ baş verib. Zəlzələ və afterşoklar İstanbul və ətraf vilayətlərdə güclü hiss edilib.

Milli.Az  xəbər verir ki, Sakarya Universiteti Geofizika Mühəndisliyi Bölməsinin müdiri, professor Murat Utkucu İstanbulda baş verən zəlzələlərlə əlaqədar ciddi xəbərdarlıq edib.

O qeyd edib ki, bu hadisə daha güclü zəlzələnin xəbərçisidir:

"Gözlənilən İstanbul zəlzələsi var. Bunu yaradacaq fay xəttinin uzun illərdir qırılmayan və Kartaldan Silivriyə qədər uzanan hissəsi seysmik boşluq kimi tanınır.

Son zəlzələlər bu seysmik boşluğun qərb ucunda yerləşdiyi üçün zəlzələ təhlükəsi baxımından xəbərdarlıq sayıla bilər. Bu zəlzələ gözlənilən İstanbul zəlzələsinin xəbərçisidir". /Musavat.com

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.