Mədəniyyət

Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov beynəlxalq onlayn konfransda iştirak edəcək

22 İyun 2020 10:59
Baxış: 3 157
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 25-də Beynəlxalq Muğam Mərkəzi və  Avrasiya Xalqları Assambleyası arasında "Tərəfdaşlarla görüş" layihəsi çərçivəsində videokonfrans təşkil ediləcək. Videokonfrans AXA-nn təşəbbüsü ilə keçirilir.

Videokonfrans zamanı BMM-nin təqdimatı və Assambleya ilə əməkdaşlığın gələcək planları və birgə layihələrin təşkili müzakirə olunacaq.

Diqqətə çatdıraq ki, sosial izolyasiya dövründə AXA tərəfdaşları ilə bir sıra onlayn görüşlər reallaşdırır. İkitərəfli əməkdaşlıq sazişinin qaydalarına uyğun olaraq növbəti onlayn görüşün BMM ilə keçirilməsi nəzərdə tutumuşdur.

Qeyd edək ki, ötən ilin 30 sentyabr tarixində Azərbaycanda keçirilən Avrasiya Xalqları Assambleyası Günləri çərçivəsində "Avrasiya Xalqları Assambleyası" ilə BMM arasında  birgə əməkdaşlıq sazişi imzalanıb. Bu saziş əsasında ilk olaraq BMM-dəBakıda keçirilən Avrasiya Xalqlarının Assambleyası günləri çərçivəsində dəyirmi masa təşkil edilib. Müzakirələr "Avrasiya xalqlarının mədəni irs ənənələri" mövzusuna həsr edilib. Beynəkxalq əlaqələrini genişləndirən BMM artıq bir sıra ölkələrin institut və təşkilatları ilə əlaqələr yaratmağa nail olub. Bu əlaqələr nəticəsində qarşılıqlı əməkdaşlıqla bağlı memorandumlar imzalanıb.  BMM muğam və milli musiqimizin təbliği çərçivəsində müxtəlif mədəni tədbirlərin, mühazirələrin və onlayn layihələrin inkişaf planı, hazırda beynəlxalq onlayn konfransların təşkili istiqamətində işlər aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.