Muğam Mərkəzi "Unudulmayanlar" layihəsinin növbəti mühazirəsi Hacıbaba Hüseynova həsr edilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Beynəlxalq Muğam Mərkəzi "Unudulmayanlar" layihəsinin növbəti mühazirəsi unudulmaz xanəndə Hacıbaba Hüseynova həsr edilib
BMM-nin foyesində büstləri qoyulan muğam korifeylərimiz haqqında "Unudulmayanlar" layihəsinin çərçivəsində növbəti mühazirə Azərbaycanın Xalq Artisti, unudulmaz xanəndə Hacıbaba Hüseynova həsr olunub. Musiqişünas, professor Nailə Rəhimbəyli sənətkar haqqında geniş məlumatı izləyicilərə təqdim edib.
Azərbaycan muğam məktəbinin təbliği və inkişafında Xalq artisti Hacıbaba Hüseynəli oğlu Hüseynovun özünəməxsus yeri vardır.
Hacıbaba Hüseynov 1919-cu il martın 15-də Bakı şəhərində anadan olmuşdur. Gənc yaşlarında tanınmış xanəndə Zülfü Adıgözəlovun qramvalını əldə edən Hacıbaba Hüseynov, onun oxuduqlarını təkrar edərək muğamın incəliklərini öyrənmişdir. O, 1945-ci ildə görkəmli tarzən və pedaqoq Əhməd Bakıxanovun ansamblında fəaliyyət göstərməyə başlamışdır.
Güclü hafizəsi sayəsində eşitdiyi musiqi nümunələrini, muğamları dərindən mənimsəmiş, əruz vəzninin qanunlarına əsasən qəzəllər yazmağa başlamışdır. Onun səs diapazonu o qədər geniş olmasa da, öz tembrinə görə təsirli və məlahətli idi. Xanəndənin zəhmətsevərliyi və sənət axtarışları nəticəsində əldə etdiyi ifaçılıq texnikası, poeziya və muğamı yüksək bədii zövqlə uzlaşdırma qabiliyyəti muğam biliciləri və musiqisevərlər tərəfindən yüksək dəyərləndirilmişdir.
Səhnə fəaliyyəti ilə yanaşı, həm də Asəf Zeynallı adına Musiqi Texnikumunda (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci) müəllim olaraq çalışan Hacıbaba Hüseynov Azərbaycan xanəndələrinin böyük bir nəslini yetişdirmişdir.
Milli musiqi mədəniyyəti sahəsindəki xidmətlərinə görə o, 1989-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1990-cı ildə isə Xalq artisti fəxri adına layiq görülmüşdür. Xanəndənin 100 illik yubileyi Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2019-cu il tarixli Sərəncamına əsasən qeyd edilmişdir.
Qeyd edək ki, layihənin məqsədi insanları incəsənətə, muğam irsimizə bir addım daha yaxın etmək və milli musiqi alətlərimiz, muğam korifeylərimizi böyük auditoriyaya tanıtmaqdır.
https://www.facebook.com/mughamcentre/videos/281247706587086 - Mühazirənin videosu
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Sultan Həsən Bahadur” filminin təqdimatı keçirildi - (Foto)
-
Musiqi eyni dildə danışanda: Azərbaycan və Özbəkistan Gəncə səhnəsində görüşdü - (Foto)
-
Shahin Novrasli Festival 2026 möhtəşəm Braziliya musiqisi konserti və canlı karnavalla başa çatdı (Foto)
-
Əməkdar artist Nahidə Orucovanın 65 illik yubileyi qeyd olunub (Foto)
-
CineMastercard-da “Minionlar və bədheybətlər” filminin qapalı nümayişi keçirilib - (Video/Foto)
-
Azərbaycanda tanınmış musiqiçi vəfat etdi - (Foto)
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev və Prezident Frank-Valter Ştaynmayer arasında təkbətək görüş keçirilir
-
"Nikosayağı"nın oğlu ilə paylaşımı - (Foto)
-
"Vital Hospital"da ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırmaya başlanılıb
-
AZAL bu il donanmasına 4-cü təyyarəni əlavə edib
-
Samir Bağırov: "10 ildən çoxdur anamı görmürəm", deyir ki, "petruşka" kimi geyinmə" - (Video)
-
Paytaxtda yaşıllaşdırma tədbirləri sürətlənib - Yeni ağaclar və dekorativ güllər əkilir - (Foto)
-
Ağstafada 78 yaşlı kişi evdə yıxılaraq ölüb
-
Prezident İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib
-
İspan ulduz "Real Madrid"ə keçmək istəyir
-
Salyanda dörd nəfərin öldüyü dəhşətli qəzanın səbəbi məlum oldu - (Video)
-
Hansı reklamlar İnzibati Xətalar Məcəlləsini pozur?
-
4 cinayətin üstü açıldı
-
İspaniya millisi qələbədən nə qədər qazanıb?
-
Sevil-Sevincin müzakirə yaradan görüntüsü - (Video)
-
Messi Argentina millisi ilə vidalaşır
-
Azərbaycan neftinin qiyməti 93 dolları keçdi
-
Dünya çempionatında ağır zədə ilə oynayıb: Qabırğası sınmış halda
-
Kanadada yaşayan azərbaycanlı gənc faciəvi şəkildə vəfat etdi
-
Azərbaycanda 5 ayda 34 mindən çox uşaq doğulub
-
Oğuzhan Uğur həbs olundu
-
İyulun 22-də bütün pensiyalar köçürüləcək
-
Azərbaycanda 5 ayda 8 mindən çox boşanma qeydə alınıb
-
Azərbaycan əhalisinin sayı açıqlandı
-
Magistraturaya ixtisas seçimi başladı





