Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə virtual konsert telekanallarda yayımlanacaq - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə virtual konsert proqramı hazırlanıb. Ölkə ərazisində koronavirus (COVID-19) pandemiyası ilə bağlı xüsusi karantin rejimi tətbiq olunduğundan layihə Heydər Əliyev Mərkəzində tamaşaçısız zalda həyata keçirilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, layihə dizayn və texniki həll baxımından maraqlı cəhəti ilə fərqlənir. Belə ki, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası üzvlərinin çıxışları hər biri ayrılıqda çəkilib, Heydər Əliyev Mərkəzinin Auditorium zalındakı solo çıxışlarla sinxronlaşdırılıb. Konsertdə Azərbaycanın Xalq artistləri Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, Samir Cəfərov, Alim Qasımov, Ənvər Sadıxov, Əməkdar artistlər Sevda Ələkbərzadə, Fərqanə Qasımova, Sahib Paşazadə, Şəhriyar İmanov, tanınmış opera müğənnisi Azər Zadə, skripka ifaçısı Ceyla Seyidova, "Natiq" Ritm Qrupu və digərləri iştirak edir.
Eləcə də xarici ölkələrdə yaşayan bir sıra azərbaycanlı incəsənət ustaları - Xalq artistləri Əlixan Səmədov, Elçin Əzizov və Dinarə Əliyeva, mahir pianoçu Etibar Əsədli də konsert proqramına virtual olaraq qoşulub.
Əməkdar artist Fuad İbrahimovin dirijorluğu ilə keçən konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri təqdim olunacaq.
Konsert proqramı bu gün 21.30-da Azərbaycan Televiziyası, İctimai TV və Real TV-də yayımlanacaq.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Gənc istedadlar Fidan Hacıyevanın Beynəlxalq Opera Festivalının əhəmiyyətindən danışıblar - (Foto)
-
Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş Fidan HacıyevanınIII Beynəlxalq Opera Festivalı çərçivəsində konsert keçirilib - (Foto)
-
Akademik Milli Dram Teatrı və Naxçıvan Dövlət Milli Dram Teatrı arasında Memorandum imzalanıb - (Foto)
-
Dövlət Uşaq Filarmoniyası istedadlı yetirmələri ilə musiqi bayramına öz töhfəsini verməyə davam edir - (Foto)
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
XƏBƏR LENTİ
-
Erməni idmançı UFC-dən kənarlaşdırıldı
-
Azərbaycana uçuşlar həyata keçirən İran İslam Respublikasının aviaşirkətlərinin reysləri dayandırılır
-
"Səni ilk qucağıma aldığım gün sanki dünən idi" - Fatimə Fətəliyeva - (Foto)
-
Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır
-
Gənc istedadlar Fidan Hacıyevanın Beynəlxalq Opera Festivalının əhəmiyyətindən danışıblar - (Foto)
-
DİN işçi axtarır - şərtlər
-
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin iştirakı ilə “Birliyin Gücü - 2026” təliminin açılışı olub - (Foto/Video)
-
Azərbaycan Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımır - XİN
-
Metronun 2 stansiyasında giriş sabahdan ödənişsiz olacaq - müddət açıqlandı - Yenilənib
-
Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
“Beşiktaş”ın ulduzu zədələndi
-
"Evimdən 15 min dollarlıq qızıl oğurlandı"
-
Rusiyada ticarət mərkəzində yanğın: Ölənlər və yaralananalar var - (Video)
-
Azərbaycanda plastik cərrahların sayı artdı
-
Bu qurumlar sabahdan distant iş rejiminə keçir
-
Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı
-
Sənə ayıb olsun! - Netanyahu
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlandı
-
Lənkəranda 75 500 manatlıq oğurluq - Saxlanılanlar var
-
Azərbaycanda bu futbol klubu ləğv edildi
-
Dənizdə batan tələbələrin fotosu
-
Yer kürəsində maqnit fırtınası olacaq - Tarix açıqlandı
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər
-
Ukraynada neft-qaz müəssisəsi tamamilə dağıldı





