Mədəniyyət

“CinemaPlus”da Xocalı faciəsinə həsr olunmuş filmin pulsuz nümayişi keçiriləcək

24 Fevral 2020 20:34
0 Şərh     Baxış: 2 403
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fevral ayın 26-da Xocalı faciəsi ilə əlaqədar "CinemaPlus" kinoteatrla şəbəkəsində rejissoru Vahid Mustafayev olan "Xoca" filminin pulsuz nümayişləri keçiriləcək.  Filmdə Qarabağ müharibəsi dövründə iki sevgilinin  faciəvi taleyindən danışılır. "Xoca" filmi Xocalı faciəsini bütünlüklə əks etdirən ilk tammetrajlı film hesab olunur. 

Milli.Az xəbər verir ki, baş rollarda İlqar Musayev, Nigar Bahadurqızı, Elmira Yaqubova, Mina Sovetskaya, Azər Aydəmir həmçinin, Azərbaycanın əməkdar artisti Telman Əliyev və Azərbaycanın Xalq artisti Nəcibə Hüseynova çəkilib.  

Film haqqında: İki gənc - Ələkbər və Günel evlənmək qərarı verirlər və  ərizə verib nikah növbəsinə dayanırlar. Toy gününü 1992-ci il 25 fevral tarixinə salırlar, lakin tezliklə kəşfiyyat zabiti Ələkbəri artıq müharibə gedən Qarabağa, Xocalı şəhərinə çağırırlar.  Toy ərəfəsində, Bakıya qayıtmağı hazırlaşarkən, məlum olur ki, şəhər ermənilər tərəfindən mühasirəyə alınıb.  O seçim etməlidir: Bakıya qayıtmaq, harada ki, onun nişanlısı Günel gözləyir, və ya yoldaşları ilə şəhərdə qalıb döyüşə hazırlaşmaq... 

Digər cütlük - Ələkbərin döyüş dostu Yura Çyornıy (prototip - Azərbaycanın Milli qəhrəmanı Yuriy Kovalev) və sadə teleqrafçı Mehriban. İlk əvvəl onlar bir-birilərinə soyuq münasibət göstərirlər, lakin doğma vətənin qorumaq vaxtı çatanda onlar arasında bir-birilərinə əsl hisslər yaranır. Xocalının bombardman olunmasından sonra Mehriban baba və nənəsini itirir, bundan sonra o, əlində silah ilə öz doğma şəhərinin müdafiəsinə qalxır.

Əlavə olaraq, 26 fevral tarixində "CinemaPlus" kinoteatrlar şəbəkəsi komediya filmlərini repertuarından çıxaracaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.