Cəlil Məmmədquluzadənin ev-muzeyinin əsaslı təmirdən sonra açılışı olub - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Noyabrın 18-də görkəmli yazıçı-dramaturq, publisist, naşir, ictimai xadim Cəlil Məmmədquluzadənin (1869-1932) Bakıdakı ev-muzeyinin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.
Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, yazıçının nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşiri, elm, ədəbiyyat və mədəniyyət xadimləri iştirak edirdi.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov qonaqları salamladı, görkəmli ədibin ömür yolundan qısa söz açdı.
Mərasimdə çıxış edən Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Cəlil Məmməquluzadənin Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında özünəməxsus rolundan bəhs etdi. Bildirdi ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, böyük ədibin 150 illik yubileyi ölkəmizdə və xaricdə müxtəlif tədbirlərlə qeyd olunur: "Bu gün biz Cəlil Məmmədquluzadənin yeni təmirdən çıxmış ev-muzeyinin açılışına yığışmışıq. Muzeyin təmiri Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən həyata keçirilib. Təmirdən sonra muzeydə yeni ekspozisiyalar yaradılıb".
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar vurğuladı ki, Cəlil Məmmədquluzadənin Bakıdakı ev-muzeyi ümummilli lider Heydər Əliyev Moskvaya gedəndən sonra baxımsız vəziyyətdə qalmışdı: "Mən də o vaxt bu barədə bir yazı yazmışdım. Heydər Əliyev ölkə rəhbərliyinə qayıdandan sonra muzeyə diqqət yenidən artırıldı. Bu muzeydə Cəlil Məmmədquluzadənin ömrünün ən ağrılı anları keçib. O, bu evdə övladlarını soyuqdan qorumaq üçün əlyazmalarını yandırıb. Həmidə xanım xatirələrində yazırdı ki, evimiz qızanda Mirzə Cəlil dedi ki, hə, indi uşaqlar rahat yata bilərlər. Mənə elə gəlir ki, bu ocaq tək onun övladlarını yox, bu gün bizi də isidir".
AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək 68 illik fasilədən sonra Mirzə Cəlil nəslinin davamçılarının ilk dəfə vətənlərinə qayıtdıqlarını bildirdi: "Mirzə Cəlilin nəvələri İran, Polşa, Fransa və İrlandiyada yaşayır. Cəlil Məmmədquluzadənin nəticəsi və kötükcəsi hazırda bizimlədir. Onlar ulu babalarının evi ilə tanış olacaqlar. Cəlil Məmmədquluzadə ən böyük əsərlərini bu evdə yazıb. Bu evin ona verilməsində Azərbaycan xalqının böyük oğlu Nəriman Nərimanovun mühüm xidmətləri olub. Sovet rejimi yazıçını İrandan dəvət etsə də, ona bir il ərzində lazımi diqqət yetirilməyib. Evin birinci mərtəbəsi "Molla Nəsrəddin" mətbəəsi, ikinci mərtəbəsi isə mənzil kimi istifadə olunub. Azərbaycanın görkəmli ədibləri onunla görüşmək üçün bu məkana gəliblər".
Daha sonra çıxış edən yazıçının nəticəsi Martin Cavanşiri Cəlil Məmmədquluzadəyə göstərilən diqqətə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirdi.
Sonda tədbir iştirakçıları ev-muzeylə yaxından tanış oldular.
Xatırladaq ki, C.Məmmədquluzadənin 1922-1932-ci illərdə yaşadığı mənzil Süleyman Tağızadə küçəsi 56-da (Köhnə Poçt küçəsi, 64) Azərbaycan hökumətinin 1978-ci ildə verdiyi qərarla ev-muzey kimi təşkil edilib. Muzeyin yerləşdiyi bina XIX əsrin axırları, XX əsrin əvvəllərinə aid tarixi memarlıq və mədəniyyət abidəsidir. Görkəmli ədibin ev-muzeyinin yeni ekspozisiyasının açılışı 1994-cü il dekabrın 28-də - anadan olmasının 125 illiyi ərəfəsində gerçəkləşib.
Sahəsi 185 kvadratmetr olan muzey 5 zaldan ibarətdir. Mədəniyyət ocağının əsas fondunda ədibin və digər mollanəsrəddinçilərin həyat və yaradıcılığını əks etdirən 5000-dən çox eksponat toplanıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıda Gəncə Dövlət Filarmoniyasının konserti keçirilib - (Foto)
-
“Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib - (Foto)
-
Gənc istedadlar Fidan Hacıyevanın Beynəlxalq Opera Festivalının əhəmiyyətindən danışıblar - (Foto)
-
Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş Fidan HacıyevanınIII Beynəlxalq Opera Festivalı çərçivəsində konsert keçirilib - (Foto)
-
Akademik Milli Dram Teatrı və Naxçıvan Dövlət Milli Dram Teatrı arasında Memorandum imzalanıb - (Foto)
XƏBƏR LENTİ
-
Pakistan Əfqanıstana silsiləvi zərbələr endirdi
-
Qəbələdə narkotik təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı
-
Zelenski üçtərəfli görüşdən danışdı
-
Azərbaycan-Afrika münasibətlərində yeni mərhələ başlayıb - (Foto)
-
Bakıda studio mənzillər bahalaşır - Qiymətlər
-
Azərbaycanda zəlzələ oldu
-
Naomi Kempbell Bakıda - (Video)
-
Ronaldu karyerasını bitirəcəyi tarixdən danışdı
-
Bəzi məhsulların əkininə subsidiya limiti qoyulacaq
-
34 il sonra Xocalıya qayıtdı - Çingiz Mustafayevin kadrlarında olan Ləfxanım - (Video)
-
"Formula-2": Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatdı - Yenilənib
-
Süni intellekt ilk dəfə dövlət sisteminə hücum etdi - Avstraliyada araşdırma başladıldı
-
Bütün müavinət və sosial yardımlar bu tarixdə ödəniləcək
-
Polis bir gündə 48 cinayəti açdı - 124 nəfər saxlanıldı
-
Formula 2 Azərbaycan Qran-Prisində 2 pilot mübarizəni yarımçıq dayandırıb - (Foto)
-
İş axtaranlara mühüm xəbər - Bu şəhər və rayonlarda minlərlə yeni vakansiya açılacaq
-
Formula 1 trekində ilk dəfə kütləvi qaçış baş tutdu - (Foto)
-
UEFA Millətlər Liqasında ilk gün: 8 matç keçiriləcək
-
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün mərkəzi ziyarət edib - (Video/Foto)
-
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - (Foto)
-
Hande Erçel CeyLo ilə - (Foto)
-
Metroda iş saatı uzadılır
-
Alyona Əliyeva 3 nömrəli xüsusi təhsil müəssisəsini ziyarət edib - (Video/Foto)
-
Nüsrətin restoranındakı yarıçılpaq görüntüsü müzakirə yaratdı- (Video)





