Ukraynada Azərbaycanın ilk Mədəniyyət və İnformasiya Mərkəzinin açılışı olub - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Azərbaycanın Ukraynadakı Səfirliyinin təşkilatçılığı ilə Xarkov şəhərində ölkəmizin ilk Mədəniyyət və İnformasiya Mərkəzinin rəsmi açılış mərasimi keçirilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, açılış mərasimində Azərbaycan Mədəniyyət Nazirliyinin rəsmiləri, səfirliyin, "SOCAR Ukraine"nin əməkdaşları, Xarkov Vilayət Dövlət Administrasiyasının, şəhər meriyasının nümayəndələri, Ukraynanın ictimai-siyasi xadimləri, soydaşlarımız iştirak edib.
Tədbir Azərbaycan və Ukraynanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Sonra iki ölkənin dövlət bayrağı 12 metr hündürlükdə havaya qaldırlıb.
Mərkəzin fəaliyyətə başlamasını tarixi hadisə adlandıran Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, 9 noyabr-Dövlət Bayrağı Günü ərəfəsində Ukraynanın ikinci ən böyük şəhərində üçrəngli bayrağımızın dalğalanması qürurvericidir. Dövlət bayrağımızın dalğalanması burada yaşayan soydaşlarımızın milli özünüdərk və müstəqillik ideallarını, həmrəylik duyğularını gücləndirəcək. Səfir bildirib ki, Prezident İlham Əliyevin tapşırığı və tövsiyəsi ilə Ukraynada Azərbaycan mədəniyyəti və tarixinin tanıdılması üçün bir sıra layihələr həyata keçirilir. Xarkovda Azərbaycanın Mədəniyyət və İnformasiya Mərkəzinin fəaliyyətə başlaması ölkəmizin mədəniyyətini, tarixini təbliğ etməkdə öz töhfəsini verəcək.
A.Xudiyev Ukraynanın digər şəhərlərində də Azərbaycanın Mədəniyyət mərkəzlərinin açılacağının planlaşdırıldığını vurğulayıb. Səfir sonda göstərdikləri dəstəyə görə Xarkov merinə təşəkkürünü bildirib.
Sonra çıxış edən Azərbaycan Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Fikrət Babayev bildirib ki, Azərbaycan və Ukrayna arasında bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlıq yüksək səviyyədədir: "Azərbaycan dövləti həmişə xarici ölkələrdə mədəniyyətimizin təbliği üçün istənilən təşəbbüsü dəstəkləyir. İnanıram ki, Azərbaycanın bu mədəniyyət mərkəzi Xarkovlular və şəhərin qonaqları üçün xüsusi əhəmiyyətə malik olacaq. Mədəniyyət tədbirlərinin keçiriləcəyi məkana çevriləcək".
Azərbaycanın dövlət bayrağı günü ərəfəsində Xarkovda belə möhtəşəm Mədəniyyət mərkəzinin açılmasının xüsusi məna verdiyini deyən şəhər merinin birinci müavini İqor Terexov bildirib ki, Mərkəz iki ölkənin dost münasibətlərini daha da möhkəmləndirəcək.
Xarkov vilayət Dövlət Administrasiyasının İqtisadiyyat və beynəlxalq münasibətlər departamentinin direktoru Andrey Kolos, Azərbaycan Mədəniyyət və İnformasiya Mərkəzinin direktoru, Ukraynanın Xalq rəssamı, heykəltəraş, soydaşımız Seyfəddin Qurbanov çıxış edərək Mərkəzin əhəmiyyətindən danışıblar.
Daha sonra Mərkəzin rəmzi açılışını bildirən qırmızı lent kəsilib. Açılış zamanı Kiyev Texnologiya və Dizayn Milli Universitetinin aspirantı Elnarə İsgəndərova, Samux rayon Heydər Əliyev Mərkəzinin müdiri Nuranə Həsənova, Gəncə Dövlət Texnologiya Universitetinin dissertantı Hicran Ramazanova qonaqlara Qarabağ xanlığının milli geyimlərinin təqdimatını ediblər.
Tədbir Azərbaycanın və Ukraynanın sənət adamlarının konsert proqramı ilə davam edib.
Qeyd edək ki, Mədəniyyət və İnformasiya Mərkəzi ərazisində Azərbaycan və Ukraynanın sarsılmaz dostluğunu tərənnüm edən abidə, hər iki ölkənin mütəfəkkirləri və tarixi şəxsiyyətlərin heykəlləri, müxtəlif kompozisiyalar mövcuddur.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Musiqi eyni dildə danışanda: Azərbaycan və Özbəkistan Gəncə səhnəsində görüşdü - (Foto)
-
Shahin Novrasli Festival 2026 möhtəşəm Braziliya musiqisi konserti və canlı karnavalla başa çatdı (Foto)
-
Əməkdar artist Nahidə Orucovanın 65 illik yubileyi qeyd olunub (Foto)
-
CineMastercard-da “Minionlar və bədheybətlər” filminin qapalı nümayişi keçirilib - (Video/Foto)
-
Azərbaycanda tanınmış musiqiçi vəfat etdi - (Foto)
-
Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasına daxili baxış keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
"Bütün arxivləri açacağıq" - Zelenski
-
"Pulum olmayanda 3 min, olanda 30 min manat xərcləyirəm"
-
Mourinyodan Arda Güler üçün pis qərar
-
İtkin düşən 8 nəfərlə bağlı yeni xəbər var
-
Yavuz Bingölün səhhəti pisləşdi: Təcili əməliyyat olunacaq
-
Aysel Əlizadənin yeni dəbdəbəli villası - (Video)
-
4 bürcün həyatı tamamilə dəyişəcək
-
"Qarabağ" "Liverpul"un 60 milyonluq futbolçusunu transfer edir
-
Qumralın yay görüntüsü müzakirə yaratdı - (Video)
-
Baş çavuş vəfat etdi - (Foto)
-
"Qarabağ" və "Neftçi"nin avrokubok matçlarının hakimləri açıqlandı
-
II Qaregin ilk dəfə yeni parlamentin birinci iclasına dəvət olunmadı
-
Haluk Leventin köməkçisi ilə mərc yazışmaları üzə çıxdı - (Foto)
-
İstirahət günü 38 dərəcə isti olacaq
-
"Tesla"nın 20 min avtomobili ilə bağlı kritik qərar verildi
-
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib - (Foto)
-
Edis milyonluq villa aldı - (Foto)
-
Trampı öldürənə 10 milyon dollar verəcəklər
-
Messi və Ronaldonun şərəfinə qızıl telefon hazırlandı - (Foto)
-
Afət Fərmanqızı ilk dəfə saraylara bənzər VİLLAsını paylaşdı - (Video)
-
Rusiyaya alverə gedən azərbaycanlılara diqqətinə: İzlənəcəklər
-
Türkiyədə güclü zəlzələ anı kameraya düşdü – (Video)
-
DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
-
Tramp Messi, Ronaldo və Keyndən danışdı





