“Nərgizin toyundan 1 ay sonra evləndik” - Nailə İslamzadə
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Heç bir aparıcının xətrinə dəyməsin. Mən digərlərindən fərqli olaraq efirə əlimdə kağız heç vaxt çıxmamışam. Bu, yaxşı yaddaşla bağlıdır. Orta məktəbdə oxuduğum şeirləri indi əzbər deyirəm. Ən uzun mətni 2000-ci ilin sonunda efirdə demişəm. Prezident Aparatından gələn böyük bir mətni oxumaq lazım idi. 1 saat 45 dəqiqə dayanmadan efirdən mətn oxudum. Daha sonra 50 dəqiqə Xəbərlər proqramını apardım".
Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Nailə İslamzadə "Fatehin divanı" proqramında deyib.
Tanınmış diktor proqramda efir həyatından danışıb. O, daha sonra "Əməkdar artist" fəxri adını aldığı günü xatırlayıb: "Çox qəribə bir hadisə olmuşdu. Ad günüm ərəfəsində Azərbaycan Dövlət Televiziyasında suflyora təzə keçmişdik. Xəbərlər proqramının yayımına az vaxt qalmışdı. Çox əsəbi bir halda baş redaktorun otağına keçib dedim ki, 15 dəqiqə qalıb, mətn hazır deyil. O da mənə "təbrik edirəm" cavabını verdi. Söylədim ki, heç ad günü təbrikinin yeridi? Bir dəfə təbrik etmisiz. Daha sonra açıqladı ki, Əməkdar artist olmuşam. Ən gözəl ad günü hədiyyəsi oldu. Məcbur efirdə adımı özüm oxudum, utandığımdan başımı qaldırmadım".
N. İslamzadə efirdə ilk dəfə həyat yoldaşının fotosunu göstərib və sözügedən şəklin tarixçəsindən söz açıb: "Şəkil aparıcı Nərgiz Cəlilovanın toyunda çəkilib. Yeni il çəkilişindən çıxıb toya gəlmişdim. Məclis dekabrın 14-də baş tutmuşdu. Bundan 1 ay sonra bizim toyumuz oldu".
58 yaşlı aparıcı ad günlərində həyat yoldaşı tərəfindən xüsusi diqqət görmədiyini qeyd edib: "Həyat yoldaşım ad günümdə məni adi təbrik edir. Qeyri-adi bir şey olmur. Evlənməzdən əvvəl ad günümdə Moskvadan böyük bir qutu gətirmiş və bir böyük gül hədiyyə etmişdi. Ondan sonra böyük gül dəstəsi hədiyyə etməyib".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
-
Azərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb - (Foto)
-
“Qodo həsrətində” adlı tamaşanın məşqləri davam edir - (Foto)
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
Beynəlxalq Muğam Mərkəzində yeni mövsümün ilk “Muğamat axşamı” keçirilib - (Foto)
-
Komaya düşən əməkdar artistin son vəziyyəti açıqlandı
XƏBƏR LENTİ
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
-
Xınalıq yolunda sürüşmə olub - (Video)
-
Tramp Ali Məhkəməni sərt tənqid edib
-
Osman Sınav "Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış





