Afaq Bəşirqızından barəsində səsləndirilən iddialara cavab
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xalq artisti Afaq Bəşirqızı Teatr Xadimləri İttifaqının sədri olmaq istəməsi ilə bağlı yayılan şayiələrə aydınlıq gətirib.
Milli.Az bildirdi ki, sənətkar ölkə.az-ın əməkdaşı ilə söhbətində deyib ki, heç vaxt belə fikri olmayıb.
"Bu, ağ yalandır. Mən Teatr Xadimləri İttifaqının sədri olmaq istəməmişəm. Ümumiyyətlə, vəzifədə olmaq, kresloda oturmaq mənim düşüncəmdən belə keçməyib. Çünki mən o cür xarakterli insan deyiləm. Bu, ancaq cılız adamların fikridir. Onlar artıq bilmirlər ki, nə danışsınlar. Əgər mən Teatr Xadimləri İttifaqının sədri olmaq istəsəydim, qurultayın geniş auditoriyasının olmasını, alternativ namizədlərin olmasını tələb etməzdim. Bilirsiniz necədi, uşaq əmziyə öyrənən kimi, bu cılız adamların fikri də yalnız kreslodur, ancaq vəzifədir. Belə insanlarda heç vaxt önə çıxmaq istəməyiblər, yarasa kimi qaranlıqda olmaq istəyirlər. Ancaq bunlar başa düşmürlər ki, şəxsiyyət heç bir kreslo ilə ölçülə bilməz. İnsanın özünün şəxsiyyəti olmalıdır. Mən heç nədən qorxmuram, dediklərimin də arxasındayam. Amma qarşı tərəfin ətrafında olan yaradıcı insanların heç birindən də incimirəm. Çünki mən onlar üçün vuruşuram. Ona görə də onların vəziyyətlərini də, olduqları şəraiti də bilirəm. Mənim yaradıcı adamların heç biri ilə işim yoxdur.
Bunu da bildirim ki, o kreslo Azərpaşa Nemətovun adına yazılmış, özəlləşdirilmiş şəxsi kreslo deyil. Mədəniyyət, incəsənət aləmində o kresloda oturacaq layiqli insanlar var. Əlbətdə ki, o ittifaqda mən öz titulumdan, öz inamımdan istifadə edə bilərəm. Ancaq o kresloda oturmaq, ora gedib-gəlmək mənim heç ağlımdan da keçməyib.Ümumiyyətlə əgər mən elə bir fikirdə olsaydım, teatrda başladığım böyük layihəmə start verməzdim. Yenə də təkrar bildirirəm ki, mən həyatım boyu vəzifə, kreslo ölüsü olmamışam.
Hətta o zaman Hacıbaba Bağırov rəhmətə gedəndə mən akademik məzuniyyət götürüb, yoldaşımla Moskvaya getdim. Bunu niyə etdim? Bəziləri elə düşünməsinlər ki, Afaqın Musiqili Komediya Teatrının direktorluğunda gözü var. Xeyr, vəzifə mənim işim deyil. Mən dürüstlüyün, dostluğun və doğruluğun tərəfdarıyam", - Xalq artisti bildirib.
Qeyd edək ki, Azərbaycan Teatr Xadimləri İttifaqının ötən gün XIV konfransı keçirilib. Afaq Bəşirqızı konfransın gedişatına etiraz əlaməti olaraq oranı yarımçıq tərk edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Musiqi eyni dildə danışanda: Azərbaycan və Özbəkistan Gəncə səhnəsində görüşdü - (Foto)
-
Shahin Novrasli Festival 2026 möhtəşəm Braziliya musiqisi konserti və canlı karnavalla başa çatdı (Foto)
-
Əməkdar artist Nahidə Orucovanın 65 illik yubileyi qeyd olunub (Foto)
-
CineMastercard-da “Minionlar və bədheybətlər” filminin qapalı nümayişi keçirilib - (Video/Foto)
-
Azərbaycanda tanınmış musiqiçi vəfat etdi - (Foto)
-
Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasına daxili baxış keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
FIFA DÇ-dən 15 milyard dollar qazandı
-
Tovuzda fərdi evdə yanğın oldu - 5 nəfər tüstüdən zəhərləndi (Foto)
-
Nahidə Orucova 65 illik yubileyini keçirtdi - Video
-
Kəngərlidə ağır qəza - ölən və yaralananlar var (Foto)
-
Arakçı Xameneinin öldürülməsinin təfərrüatını açıqladı: "Təhlükəsizlik sızması olmuşdu"
-
Kürdəmirdə iki yük maşını toqquşdu
-
FHN çimərliklərə gedənlərə xəbərdarlıq edib
-
Bakıda kişi qadını mağazada döydü - Saxlanıldı (Video)
-
Messi mundialın ən yaxşı futbolçusu oldu
-
Bəzi Qaradağda qaz olmayacaq
-
Rusiya Ukraynanın itkiləri ilə bağlı yeni rəqəmlər açıqladı
-
Fəridə Lütfəliyeva UEFA-dan təyinat aldı
-
DÇ-2026 FIFA-ya rekord qazanc gətirdi
-
Türkiyədə ağır qəza: 19 yaralı
-
DYP motosiklet və moped sürücülərinə müraciət etdi
-
Ukrayna ordusu Rusiyanın iki tankerini vurdu
-
Ən problemli sürücülər bu avtomobili sürür
-
Yeni mövsümün maraqla gözlənilən serialı “Anne yarısı”ndan yeni xəbər
-
Bakının Sabunçu rayonunda yanğın
-
Əmrah Dadaşov vəfat etdi
-
Qarabağ kanalında 59 yaşlı kişi batdı
-
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - (Video)
-
Hakan Fidan Qətərin Baş naziri ilə görüşüb
-
ABŞ Yaxın Şərqə qırıcı təyyarələr yerləşdirir





