Mədəniyyət

Qorxu və psixotriller janrında "Adam" filmi çəkilib - FOTO

26 Avqust 2019 13:49
5 Şərh     Baxış: 3 346
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Alioglu Media Group"un istehsalı olan "Adam"  filmi qorxu və psixotriller janrında çəkilmişdir.

Milli.Az Trend-ə istinadən bildirir ki, filmin çəkilişləri 2018-ci ilin noyabr ayında başlanmışdır. Film Gədəbəy, Tovuz, Qovlar, İsmayıllı və Bakı şəhərində çəkilmişdir. Filmin ssenari müəllifləri Amil Alioğlu, Sadiq Nasirov. Quruluşçu rejissoru Amil Alioğlu, quruluşçu operatoru Mətləb Yaquboğlu, quruluşçu rəssamı Amil Alioğlu, bəstəkarı və musiqi tərtibatçısı İffət Əsgərov, baş prodüseri Bayram Murquzov, rejissor İbrahim Əbilov, icraçı prodüseri Habil Alioğlu, qrim rəssamı Şəfa Cabbarova, montaj rejissoru Firdovsi A.Nəbiyev.

Filmdə iştirak etmişlər: Amil Alioğlu, Mehriban Quliyeva, Rəşad Səfərov, Zülfiyyə Məmmədova, Arzu Abdulova, Murad Abdullayev, Elvina Atakişiyeva, Elvin Ağayev, Lena Xosrovova, Xanım Sadıqova, Rəvan İbrahimov, Səma İbrahimova, Məhəmmədəli Aslanov, Rəsul Hümbətov, Gülnar Məmmədova, İbrahim Əbilov və başqaları.

Filmin qısa məzmunu: Balaca Aişə yaşına aid olmayan kitabı oxuyaraq düşdüyü vəziyyət və ailədə psixitravma almış "Adam"la qarşılaşdıqda başına gələn hadisələrdən bəhs edir. Valideyni ilə səfərə çıxan uşaq anası ilə yolda muxtəlif hadisələr ilə qarşılaşırlar. Gedəcəkləri məkana bir neçə kilometr qalmış, yolda avtoqəza nəticəsində əsas yolun bağlandığı üçün alternativ təhlükəli meşə yolu ilə getməli olurlar. Bir neçə metr getdikdən sonra, önlərinə kimsə çıxır və idarəetməni itirib qezaya düşürlər. Önlərinə çıxan adam və onun köməkçisi ilə onları tutaraq daxmaya aparırlar. Bunları tutan adam ailədə zorakılıq nəticəsində psixi travma almışdır. İnsanlığa nifrət edən adam, onun yaşadığı əraziyə daxil olan hər bir kəsi işgəncə və əzabla öldürür. Adam tutduğu ana-balanı həmin işgəncə ilə öldürməyi planlaşdırır. Onları xilas etməyə gələn hər bir kəs adamın işgəncəsinə məruz qalırlar...

Amil Alioğlu: "Filmdə maarifləndirici amillər öz əksini tapmışdır.  Bədii filmin məqsədi, uşaqların yaşına uyğun olmayan kitabları oxumaqdan yayındırmaq, ailədə baş verən zorakılıqların nəticəsində uşaqlarda psixotravma almasının və yaranacaq fəsadların qarşısını almaqdır. Bir ailədə zorakılıq olarsa, həmin ailədə uşaqların psixotravma alaraq ictimaiətə dəyərli övlad olmayacağını, əksinə ictimaiət üçün zərərli adam olacağını göstərməkdir. İnsanlar arasında sevgi olarsa, biri və ya bir neçəsi təhlükədə olan zaman , digər sevdiyi insanlar onun xilası üçün hər bir təhlükəni gözə alacağını göstərməkdir".

Film Azərbaycan kinoteatrlarında yayımlandıqdan sonra, bir neçə festivallara göndərmək üçün istehsal edilmişdir.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.