Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rəssam Hüseyn Əliyevin əsərlərinin Sankt-Peterburqda sərgisinin açılması Rusiyanın və Azərbaycanın mədəni həyatında böyük hadisə olub - FOTO
27 Oktyabr 2011 21:24
Baxış: 3 302
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Görkəmli fırça ustasının anadan olmasının 100 illiyinə həsr edilmiş ekspozisiyada Hüseyn Əliyevin 1960-1980-ci illərdə özünəməxsus və qeyri-adi monotipiya texnikasında yaratdığı 60 əsəri nümayiş etdirilir.
Sərginin açılışında çıxış edən Sankt-Peterburq Hökumətinin üzvü Aleksandr Proxorenko Rusiya və Azərbaycan arasında mehriban qonşuluq və dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayaraq demişdir ki, Azərbaycanın Xalq Rəssamı Hüseyn Əliyevin əsərlərinin sərgisinin iki ölkə və xalq arasında zəngin mədəni əlaqələrin inkişafında son dərəcə böyük əhəmiyyəti vardır.
Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirmişdir ki, rəssam Hüseyn Əliyev öz nadir əsərlərində təbiətin, insanın əhvalını və ruhunu dəqiq əks etdirməyi bacarırdı. Rəssamın əsərləri müxtəliflik və təbiilik hissi yaradır. O demişdir: "Azərbaycan mədəniyyəti haqlı olaraq Hüseyn Əliyevlə fəxr edir, çünki onun adı ölkənin hüdudlarından kənarda da məşhurdur. Onun əsərləri dünyanın bir çox ölkələrinin möhtəşəm salonlarını bəzəyir". Nazir müavini, həmçinin rəssamın irsinə qayğıkeş və həssas münasibətə görə sərginin təşkilatçılarına minnətdarlığını bildirmişdir.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Sankt-Peterburqda rəssam Hüseyn Əliyevin əsərlərinin sərgisinin açılmasını Rusiyanın və Azərbaycanın həyatında böyük mədəni hadisə adlandırmışdır. Səfir Azərbaycanda mədəniyyət xadimlərinin irsinə çox qayğı ilə yanaşıldığını vurğulayaraq demişdir: "Sevindirici haldır ki, bu sərgi ilə Sankt-Peterburq və Bakı arasındakı çoxillik zəngin mədəni əlaqələr ənənəsi davam etdirilir. Bu baxımdan, sərgi ölkələrimiz və xalqlarımız arasında mədəniyyətlərarası əlaqələrin zənginləşməsinə xüsusi töhfə verir". P.Bülbüloğlu fırça ustasının yaradıcılığının hifz olunmasına və təbliğinə görə sərginin təşkilatçılarına və rəssamın ailəsinə minnətdarlığını bildirmişdir.
Rəssamın sərgi üçün seçilmiş əsərlərinə valeh olduğunu bildirən Sankt-Peterburq Mədəniyyət Komitəsi sədrinin vəzifəsini icra edən Anna Kuçerova öz əsərlərində təbiət və insan fəlsəfəsini vəhdət halına gətirən Hüseyn Əliyevin yaradıcılıq dəst-xəttinin və peşəkarlığının qeyri-adiliyini, mürəkkəbliyini vurğulamışdır. O, sərginin təşkilatçılarına və rəssamın ailə üzvlərinə müraciət edərək demişdir: "Qardaş xalqın incəsənətində doğma və dəyərli nə isə kəşf etmək, təbiətə və dünyamıza yeni baxış görmək imkanına görə sağ olun".
Azərbaycan və rus rəssamlıq mədəniyyətinin zəngin ənənələrindən, təsviri sənətin inkişafında Hüseyn Əliyevin rolundan və xidmətlərindən ətraflı söz açan Azərbaycanın Xalq Rəssamı Fuad Salayev, həmçinin Azərbaycana və dünyaya çox məşhur akademiklər, alimlər, siyasətçilər, mədəniyyət və incəsənət xadimləri bəxş etmiş Əliyevlər ailəsindən danışmışdır.
Belçikanın Sankt-Peteburqdakı baş konsulu Joan Rokkas isə Rusiyanın şimal paytaxtındakı konsul korpusu adından sərginin təşkilatçılarına və rəssamın ailəsinə minnətdarlığını bildirmişdir.
İ.Y.Repin adına Sankt-Peterburq Dövlət Akademik Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun rektoru Semyon Mixaylovski bu tədbirin Azərbaycan-Rusiya mədəni əlaqələrinin inkişafında əhəmiyyətini vurğulamış, mədəni mübadilə və birgə təhsil proqramlarının reallaşdırılması sahəsində iki ölkənin əməkdaşlığının indiki vəziyyətindən razılığını ifadə etmişdir.
"Sankt-Peterburqun Azərbaycan diasporu" regional ictimai təşkilatı sədrinin birinci müavini Məzahir Həsənov da minnətdarlıq dolu sözlərlə sərginin təşkilatçılarına və rəssamın ailə üzvlərinə müraciət etmişdir.
Sonda "Lider" Media-Holdinqin prezidenti, rəssamın nəvəsi Ədalət Əliyev sərginin bütün təşkilatçılarına dərin minnətdarlığını bildirərək, Sankt-Peterburqda, Rus Muzeyində belə mədəni hadisənin keçirilməsinin əhəmiyyətini vurğulamışdır.
Qeyd edək ki, sərgi Sankt-Peteburq Administrasiyasının, Heydər Əliyev Fondunun RF nümayəndəliyinin və Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunun dəstəyi ilə keçirilir. Dövlət Rus Muzeyindəki sərgi üçün əsərlər şəxsi kolleksiyadan təqdim olunmuşdur.
Hüseyn Əliyevin əsərlərinin sərgisi noyabrın 28-dək davam edəcəkdir.
AzərTAc

Foto: AzərTAc

DİGƏR XƏBƏRLƏR
-
Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı – 100 illik yubiley gecəsi - (Foto)
-
Eliso Bolkvadze və Maya Tabaqari Akademik Milli Dram Teatrının qonağı olub - (Foto)
-
“Sənət dialoqu” layihəsi çərçivəsində Xaçmazda Xalq artisti Elçin Həşimovla görüş keçirilib - (Foto)
-
Lev Dodin Bakıya özünün “Qağayı” tamaşasını gətirib: Yelizaveta Boyarskaya və İqor Çerneviç Azərbaycandan təəssüratlarını bölüşüblər - (Foto)
-
Bakıda dünya ulduzlarının iştirakı ilə Baku International Arts Festival 2026 festivalının açılışı olub - (Foto)
-
Bakıda “The World of Adrenaline” beynəlxalq sirk proqramı təqdim olunur - (Foto)
XƏBƏR LENTİ
-
"Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" - Baba Vəziroğlu
-
Evdə qalan köhnə telefonlar yanğına səbəb ola bilər - xəbərdarlıq
-
"Qızıma deyirəm ki, döz" - Nahidə Orucova
-
Balıq qızardarkən una bir qaşıq əlavə edin: İçi yumşaq, çölü xırçıltılı
-
Bazarlarda meyvə-tərəvəz bahalaşıb - (Video)
-
Manaf Ağayev qardaşının vəsiyyətini yerinə yetirdi
-
Günün qoroskopu: Rəhbərinizdən yaxşı xəbər gözləyə bilərsiniz
-
Bakıda yük avtomobilinin törətdiyi qəzadan sonra hərəkət bərpa olunub - Yenilənib - (Video)
-
Dəmir yolu ətrafındakı evlər sökülür - Kompensasiyadan razıdırlar - (Video)
-
"Barselona" Keyn üçün 3 ulduzunu satışa çıxarır
-
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - (Foto)
-
Paytaxtın bu rayonlarında işıq olmayacaq
-
“Bu müharibə baş verərsə, heç kim qalib çıxmayacaq”
-
Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı – 100 illik yubiley gecəsi - (Foto)
-
Eliso Bolkvadze və Maya Tabaqari Akademik Milli Dram Teatrının qonağı olub - (Foto)
-
“Sənət dialoqu” layihəsi çərçivəsində Xaçmazda Xalq artisti Elçin Həşimovla görüş keçirilib - (Foto)
-
Ofelya Məmmədova vəfat etdi
-
Leyla Əliyeva və Alyona Əliyeva Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Ceyhun Bayramovdan diqqətəlayiq jest - (Video)
-
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
-
Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - (Video)
-
Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı
-
Lev Dodin Bakıya özünün “Qağayı” tamaşasını gətirib: Yelizaveta Boyarskaya və İqor Çerneviç Azərbaycandan təəssüratlarını bölüşüblər - (Foto)
-
Ceyranbatanda məktəbdə bir neçə şagird rotavirusa yoluxub - Yenilənib