Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Firdovsi Atakişiyev: "Xanımlar göz yaşlarını silmək üçün dəsmal çıxarırdılar..." - FOTOSESSİYA
12 Aprel 2010 10:30
Baxış: 7 931
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir neçə gün öncə S.Vurğun adına Rus Dram Teatrının səhnəsində rus klassikasının ən məhşur nümunələrindən biri - Fyodor Dostoyevskinin "Karamazov qardaşları" romanı əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etidrildi. Azərbaycan teatr səhnəsində ilk dəfə, rejissor İranə Tağızadənin quruluş verdiyi bu tamaşada baş rollardan biri - Dmitri Karamazov obrazını respublikanın əməkdar artisti Firdovsi Atakişiyev oynayırdı.
Milli.Az portalına verdiyi müsahibəyə də elə sözügedən tamaşanın təəssüratı ilə başladı.
- Mən hələ eyforiyadayam. Siz özünüz də tamaşaçı reaksiyasının şahidi oldunuz. O alqışlar, sevgi dolu göz yaşları, xoş sözlər hələ də mənim gözümün önündə, qulaqlarımda, beynimdədir. Ciddi bir işin öhdəsindən gəldiyimizin fərqindəydim. Amma tamaşaçı tərəfindən belə yüksək səviyyədə qarşılanma həqiqətən də məni çox heyrətləndirdi. "Xoşdur" kəlməsi yaşadığım hisslərin ifadəsi üçün çox zəif bir kəlmədir. 20 illik teatr fəaliyyətim ərzində ilk dəfə hiss elədim ki, həyatımı teatra boşuna həsr eləməmişəm. Çünki 40 yaşımda Dmitri Karamazov kimi möhtəşəm bir rolu oynamışam. İfamın seyrçi məhəbbəti qazanması isə mənim üçün ən böyük xoşbəxtlikdir. Final səhnəsini yəqin ki, xatırlayırsınız. Mən, gözüyaşlı vəziyyətdə arabaya oturub uzağa baxıram. Yeri gəlmişkən, səhnədə mənim həmişə baxdığım bir nöqtəm var ki, hər bir tamaşaçı məhz ona baxdığımı düşünür. Və panoramla görürdüm ki, insanlar, özəlliklə də xanımlar əllərini çantalarına aparıb, göz yaşlarını silmək üçün dəsmal çıxarırdılar. Bu, heç bir vaxt unudumlayacaq bir məqam idi.
- Demək olarmı Dmitriy Karamazov, 20 illik akytor yaradıcılığınızda ən pik obrazdır?
- Premyeradan sonra Bəhram Bağırzadə mənə zəng edib tamaşa ilə bağlı hisslərini bölüşdü və əlavə etdi ki, arzu edirəm bundan da böyük rol oynayasan. Sonra da sözünü düzəltdi: "Dmitriy Karamazovdan böyük rol ola bilməz". Bu obraz mənim üçün bir Allah vergisidir. Ümumiyyətlə, Dmitri Karamazov, Dostoyevskinin çox sevdiyi obraz olub. Çünki real bir insan taleyindən götürüldüyü üçün, bu qəhrəmanını sevərək, ona acıyaraq qələmə alıb. Yəni, yazıçı katorqada olanda Dmitri İlyinski adlı bir nəfər ona öz həyatını danışıb. Nəticədə "Karamazov qardaşları" romanı yazılıb.
- Tamaşa bütün ağırlıq qəhrəmanın üzərinə qoyulduğu halda sizin oyununuz daha çox benefis təəssüratı yaradırdı.
- Mən bunu kompliment kimi qəbul edə bilərəm. 16 pərdəlik tamaşanın yalnız 8-də mən görünürdüm. Tamaşa, Məbud Məhərrəmov, Səfa Mirzəhəsənov, Ayan Mirqaısmova və digər aktyorların üzərində qurulmuşdu. Mənim ifamın sözün yaxşı mənasında seçilməyinə isə ancaq sevinə bilərəm.
- Rus klassikasında oynamaq, tipik rus obrazını yaratmaq azərbaycanlı bir aktyor üçün xüsusilə çətindir.
- Gördünüz ki, mən, bığsız, saqqalsız, qrimsiz, pariksiz idim. Yəni, qarasaç, qaraqaş, qaragöz- əsl gəncəli balası. Amma təvazökarlıqdan uzaq olsa da deyim ki, mənim ünvanıma gələn təriflərdən ən çox bəyəndiyim "səndə rus ürəyi var" fikri oldu. Ümumiyyətlə, çox insandan eşitdim ki, zahiri görünüşüm rus ruhunu yaşamağa və oynamağa mane olmayıb.
Dmitri Karamazovu mən həqiqətən də öz içimdən keçirməyə, obrazın necə deyərlər, astarını göstərməyə çalışdım. Şübhəsiz ki, Dostoyevskini böyüklüyü və İranənin o incə cismində olan yüksək peşəkarlığı da az önəm daşımır. İndiyədək düşünürdüm ki, yaxşı deyil, deyərlər, "yoldaşını tərfiləyir", amma bu gün mən böyük məsuliyyət hissilə deyirəm ki, İranə Tağızadə sözün həqiqi mənasında istedadlı, zamanın rejissorudur. Bu tamaşanı hazırlamağı öz öhdəsinə götürəndə çoxları qınadı ki, "Sən neynirsən?! Bizdə bu bu tamaşanı oynaya biləcək aktyorlar yoxdur!". Amma Siz görün, böyük rus qəlbini oynayan! Azərbaycanlı aktyorlar kimlərdir? Məbud Məhərrəmov, Səfa Mirzəhəsənov, Firdovsi Atakişiyev, Oleq Əmirbəyov, Ayan Mirqasımova... Bu, İranənin qələbəsi idi. Və mən çəkinmədən, utanmadan deyirəm ki, Azərbaycanda bu gün onun kimi düşünən, onun kimi sənət təqdim edən peşəkarlar azdır. Onun əvvəllər də maraqlı səhnə işləri çox olub, ancaq "Karamazov qardaşları" tamaşası olduqca fərqli idi.
Biz, Dostoyevski ilə demək olar ki, yaşayırdıq. Təsəvvür edin, səhər saat 11-də evdən çıxıb, gecə saat 11, 12, evə qayıdırdıq. Son bir neçə ayımız ancaq gərgin məşqlərdə keçib. İranənin də beynində ancaq Karamazov, Dostoyevski idi. Hətta evdə belə beynində bu tamaşa haqda düşüncələr vardı. Həmin mərhələdə ona heç kim mane ola bilməzdi. Etiraf edim ki, bu gərgin iş rejiminin onun səhhətinə pis təsir göstərəcəyindən qorxurdum. Çünki, yaradıcılıqla bahəm texniki problemləri də özü həll eləməyə çalışırdı. Yəni, bir tərəfdən aktyorla iş, hər sətiraltı mənaları anlatmaq, digər tərəfdən musiqi tərtibatı, səhnəqrafiya ilə məşğul olmaq... Hər kiçik detala diqqət edirdi.
- Siz rejissorun həm də həyat yoldaşısınız. Bu baxımdan Sizə müəyyən güzəştlər olurdu yəqin.
- Nə güzəşt?! Əksinə, beş aktyora hirslənirdisə, acısını məndən çıxarırdı. Aktyorlar rahat evə gedirdilər ki, İranənin bir də sabah görəcəyik. Mənə qarşı işimlə bağlı tələblər isə evdə davam edirdi.
Ancaq hər şeyə rəğmən bizim ailədə subardinasiya hökm sürür. Sənətinə hörmət naminə İranəyə imkan verirdim ki, yarım saat məni danlasın. Sonra saata baxırdım, aha, yarım saat keçdi, "deməli belə, ürəyini boşaltdın, bitdi.
Evin kişisi mənəm, indi sən mənə dinləyəcəksən. Bu dəqiqə uşaqlara deyəcəyəm sənə çay gətirsinlər, otur dincəl!". Səhər yenə yüksək əhval-ruhiyyə ilə gəlirdik işə və İranə yenə başlayırdı əmrlər yağdırmağa: "Firdovsi, ora get!
Firdovski, bunu elə!". Mən də həm tamaşa xatirinə, həm də həmin anda həyat yoldaşı yox, rejissor İranə Tağızadənin hər sözünə sakitcə əməl edirdim.
Bəzən olurdu ki, İrana bütün gününü səhnədə keçirir, danışığa, hərəkətlərə enerji sərf edirdi. Mənim də arada boş zamanlarım olduğu üçün ona çay, şirniyyatla qulluq e!
dirdim. Amma iki premyeradan sonra hər kəs tamam fərqli İranə gördü. Artıq İranə gəlirdi ki, "Firdovsi, çay gətirim sənə?", "Firdovsi, gəl tərini silim". Bir sözlə, həm ailədə, həm teatrda balansı qorumaq şərtilə maraqlı həyat sürürük.
- Şəxsi münasibətdən çıxış edərək Sizə arzuladığınız rolu veribmi? Yəni, ona bir rejissor kimi təsir göstərə bilirsinizmi?
- Sizə bir faktı deyim. İranə, "Karamazov qardaşları"ında mənə də rol verəcəyini deyəndə anidən hansı rolu oynamaq istədiyimi xatırladım. Smerdyakov obrazını oynamaq arzumu bildirəndə, İranədən "yox, sən Dmitri Karamazovu oynayacaqsan" cavabı aldım. Çox israr etdim ki, heç olmasa Smerdyakov obrazında məni sınasın, baş tutmadı: "Sən mənə təsir eləmək istəyirsən?! Teatrda, tamaşada Mitya Karamazov sənsən!". Ümumiyyətlə, İranə Tağızadə elə insandır ki, ona təsir eləmək qeyri-mümkündür. Teatrda aktyor onun üçün yalnız bir materialdır. Sən mənimkisən - ərimsən, yoldaşımsan, qardaşımsan, dostumsan, rəfiqəmsən deyə sənə rol verim söhbəti ola bilməz.
- Bu tamaşada İrana Tağızadənin uğursuzluğunu proqnoz edənlər oldumu?
- Həmkarları istədiklərini deyir, arzu ediləni həqiqət kimi qəbul edirdilər. Amma qələbəmizlə hər kəsi susdura bildik.
- 1969-cu ildə ekranlaşdırılmış "Karamazov qardaşları" filmində Mitya obrazına məşhur rus aktyoru Mixail Ulyanov öz damğasını vurmuşdu. Onun ifasına baxıb hansısa detalları əxz eləmisinizmi?
- Bu filmə təbii ki, uşaq vaxtlarımda baxmışdım. Amma məxsusi bu obrazı yaratmaq üçün baxmamışam. Təkrarçılıqdan qaçmaq üçün ümumiyyətlə, baxmaq olmaz. Xaltura eləmək istəmirəm. Özümü bir aktyor, bir sənətkar kimi yetişdirmək istəyirəmsə, deməli yaradacağım hər bir obraz özümünkü olmalıdır. Necə deyərlər, onu öz içimdən çıxarmalıyam. Bəzi rejissorlar var ki, yaxınlaşıb "burda mənə Mironovu göstər, burda filankəsi göstər" deyirlər. Belələri həm bizim, həm də digər teatrlarda var. Elə rejissorları sevmirəm və onlarla işləməkdən də həmişə qaçıram.
- Ancaq etiraf edin ki, elə rejissorlarla çalışdığınız tamaşalarınız da olub.
- Mənim vicdanım təmizdir. Bəlkə ola bilər ki, 20 ildən qalmış tamaşalarda ştat xatirinə oynamışam, amma əmin olun ki, heç vaxt xaltura eləməmişəm.
Sevda Babayeva
Milli.Az

--------------------------------------------------------------------------------

DİGƏR XƏBƏRLƏR
-
Dövlət Opera və Balet Teatrının təqdimatında Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycan Dövlət Uşaq Filarmoniyası Zəfər Gününü təntənə ilə qeyd edib - (Foto)
-
Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb – şəhərlə xüsusi bağlılıq - (Foto)
-
Fidan Hacıyeva Londonda uğurla çıxış edib - Musiqi Zəfər və Dövlət Bayrağı şərəfinə ürəkləri birləşdirib - (Video/Foto)
-
Gəncə Dövlət Filarmoniyasında Zəfər Gününə həsr olunmuş “Qələbə nəğməsi” adlı konsert keçirilib - (Foto)
-
Fəxriyyə Xələfova Xurşidbanu Natəvana həsr olunmuş filmini böyük uğurla təqdim edib - (Foto)
XƏBƏR LENTİ
-
Rusiya strateji aviasiyasını niyə Uzaq Şərqə köçürür?
-
XİN-dən Atatürkün anım günü ilə bağlı paylaşım
-
Azərbaycan nefti ucuzlaşdı
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - (Video)
-
Dövlət Opera və Balet Teatrının təqdimatında Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı keçirilib - (Foto)
-
Nisyə mal satanlara yeni tələb qoyulur - Bu gündən
-
Azərbaycan Dövlət Uşaq Filarmoniyası Zəfər Gününü təntənə ilə qeyd edib - (Foto)
-
Dünyanın ən varlı musiqiçiləri kimlərdir?
-
Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb – şəhərlə xüsusi bağlılıq - (Foto)
-
Qubada ağır qəza - Ölən və yaralananlar var
-
Haaland “Qızıl oyunçu” oldu
-
Bu həftə ən çox qazanacaq bürclər
-
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
-
Joze Mourinyo La Liqanın ən yaxşı məşqçisi seçildi
-
Saatlarla oturanların diqqətinə
-
Təzyiqi aşağı salan 5 əsas qida
-
Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
-
Evdə stress yaradan 5 şey
-
"Mercedes"də orta güzgünü ön şüşə əvəzləyəcək - YENİ TEXNOLOGİYA
-
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
-
Əməliyyatı illərlə cərrah yox, xadimə edib – Özəl xəstəxanada qalmaqal
-
Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
-
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
-
Günəşdə XXI əsrin rekordu təkrarlandı