Mirzə Cəlili aşağılayırlar - Akademik
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Cəlil Məmmədquluzadə Azərbaycan xalqının milli oyanışı, dirçəlişi, inkişafı , müstəqilliyi və istiqlalı uğrunda canını fəda etməyə qədər mübarizə aparan çox görkəmli bir şəxsiyyətdir. O, Azərbaycan ədəbiyyatının dünyanın böyük klassikləri ilə yanaşı durmağa layiq olan şəxsiyyətidir. Cəlil Məmmədquluzadə azərbaycançılıq ideallarına əsərləri və şəxsiyyəti ilə xidmət edən yazıçıdır. Onun haqqında mətbuatda gedən yazıları xalqımızın söy-kökünə, Azərbaycanın görkəmli şəxsiyyətlərinə, böyük yazıçılarına qarşı kimlərinsə uydurduğu yanlış kampaniya hesab edirəm.
Milli.Az xəbər verir ki, bu fikirləri Teleqraf.com-a AMEA-nın vitse-prezidenti, Milli Məclisin komitə sədri, akademik İsa Həbibbəyli son zamanlar böyük yazıçı Cəlil Məmmədquluzadə ilə bağlı müzakirələri şərh edərkən deyib.
Akademik təəssüflə qeyd edib ki, Azərbaycan ədəbiyyatının gənc nəsli işin fərqinə varmadan, şəxsiyyətin bütövlükdə xidmətlərini lazımınca qiymətləndirmədən, yaradıcılığının xarakterini bilmədən Mirzə Cəlil haqqında ədəbiyyatımıza və yazıçının özünə yaraşmayan sözlər deyir: "Mən bu müzakirələrdə iştirak etməyi özümə layiq bilmədim. Çünki o qədər aşağılayıcı sözlər ifadə edirlər ki, adam bu müzakirələrdə iştirakı mümkün saymır. Onlar guya iddia edirlər ki, Mirzə Cəlil xalqımızı aşağılayıb. Amma onlar Mirzə Cəlili, xalqımızın bu görkəmli şəxsiyyətini aşağılamaqla əslində xalqımıza münasibətdə yanlış mövqe ortaya qoyurlar. Düşünürəm ki, biz öz yazıçı və klassiklərimizin qədrini bilməliyik. Nəzərə almaq lazımdır ki, Cəlil Məmmədquluzadə tənqidi realizm ədəbi cəbhəsini təmsil edən, onu yaradan görkəmli şəxsiyyətdir. Qoqol, Mopassan, Çexov və digərləri də eyni istiqamətdə əsərlər yazan şəxsiyyətlərdir. Həmin xalqlar öz yazıçılarına heykəllər qoyur, onların adını əbədiləşdirir, bu yazıçıların nə demək istədiyinin daha dərindən fərqində olmağa çalışırlar. Biz isə tam tərsinə, hansısa ifadə və ya abzasdan tutub gedirik. Hərçənd ki, mənə görə tutduqları ifadə və fikri də doğru-dürüst qiymətləndirmədən Mirzə Cəlili aşağılayırlar. Hesab edirəm ki, bu, ədəbiyyatımıza, ictimai fikrimizə, görkəmli şəxsiyyətlərimizə qarşı zərərli kampaniyadır. Mən çox istədim ki, bizim potensialı olan gənclik, yaradıcı qüvvələr öz ədəbi keçmişimizə, klassiklərimizə qarşı yanlış mövqe tutmasın. İnanıram ki, bu, keçici dalğa olacaq. Mirzə Cəlilin Azərbaycan istiqlalına, ədəbiyyat tariximizə böyük xidmətlərinin danılmaz olduğunu sübut etməyə ehtiyac yoxdur".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş Fidan HacıyevanınIII Beynəlxalq Opera Festivalı çərçivəsində konsert keçirilib - (Foto)
-
Akademik Milli Dram Teatrı və Naxçıvan Dövlət Milli Dram Teatrı arasında Memorandum imzalanıb - (Foto)
-
Dövlət Uşaq Filarmoniyası istedadlı yetirmələri ilə musiqi bayramına öz töhfəsini verməyə davam edir - (Foto)
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
-
Türk Dünyası Bəstəkarlar İttifaqının – "Turkic Union of Composers" yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb - (Foto)
XƏBƏR LENTİ
-
Gülben Ergen vəsiyyətnaməsini eks-həyat yoldaşına verəcək - (Foto)
-
Suyun içinə 3 qaşıq əlavə edin: Siçanlar yolunu dəyişəcək
-
45 yaşlı Adriana Limanın son görüntüsü - (Foto)
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)
-
Həyat yoldaşınızın sizi aldatdığını büruzə verən 7 sözdən ibarət cümlə
-
Evinizdə bu çiçəkləri saxlamayın: Havanı zəhərləyir, təhlükə saçır
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Bakıda 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Günün qoroskopu: Pula görə özünüzü stresə sala bilərsiniz
-
Qubadlıda yaşayış kompleksi tikilir - (Video)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Sabah bu ərazilərdə işıq olmayacaq
-
Nikolas Keycin son halı - (Foto)
-
Evdə yoxsa şarj stansiyasında? Elektrikli avtomobillərin yürüşü və qiymətində kəskin fərq - (Video)
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu - (Foto)
-
Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi
-
"Qəbzi deyil, hesabınızı yoxlayın": Vətəndaşları aldadan yeni dələduzluq üsulu
-
“Ömer Baba”: “Şaşmaz qardaşları dürüst adamlar deyil”
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu
-
Serdar Ortaç vəsiyyətini açıqladı
-
“Elmlər”də axşam saatlarında avtobus böhranı - (Video)
-
Oğuzhan Koç onu konsertindən qovdu - (Video)





