Mədəniyyət

Muğam Mərkəzində konsert keçirilib - FOTO

18 Mart 2019 11:12
Baxış: 1 576
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Muğam Mərkəzində "Ölkəmizi tanıyaq" maarifləndirici programmasi çərçivəsində maraqlı konsert keçirilib.

Milli.Az xəbər verir ki, martın 16-da  Beynəlxalq Muğam Mərkəzində Naxçıvan Muxtar Respublikasının aksiyası çərçivəsində konsert proqramı təşkil olunub.

"Ölkəmizi tanıyaq" layihəsinin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.

Muğam Mərkəzində şagirdlər üçün təşkil olunmuş konsert proqramında xanəndələr Hüseyn Mikayıloğlu Mahur təsnifi "Əlimdə sazım qurbanın", "Bir ney kimi hərdən",   Rəvanə Əmiraslanlı "Segah" təsnifi, "Nar ağacı" və Rəvanə Qurbanova  "Dumanlı Təbriz", "Sən Müşfiqin yanında" mahnılarını səsləndirdilər.

İfaçıları tarda Əli Əliyev, kamançada Abbas Əliyev və nağarada  Vaqif Qasımov müşayiət edirdi.

Naxçıvanlı məktəblilər Beynəlxalq Muğam Mərkəzindən zəngin təəssüratlarla ayrılıblar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.