Mədəniyyət

Beynəlxalq Muğam Mərkəzində "Humayla" adlı konsert təqdim olunub - FOTO

9 May 2024 14:13
Baxış: 552
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Muğam Mərkəzində beynəlxalq və respublika müsabiqələri laureatı, ifaçı- pedaqoq Humay Aslanovanın "Humayla" adlı ilk solo konserti təqdim olundu. Konsert Ulu Öndər Heydər Əliyevin əbədi xatirəsinə həsr olunurdu. 

2024-cü ildə səhnə fəaliyyətinin  30 illik yubileyini qeyd edən ifaçı tamaşaçılarla görüşə rəngarəng proqramla gəlmişdi. Ulu öndərin sevdiyi mahnılar silsiləsindən "Alagöz", Azərbaycan xalq mahnıları, yerli və xarici estrada kompozisiyalarının təqdim olunduğu proqramda illərin sevilən hit mahnıları tamaşaçıların alqışları ilə qarşılandı. Konsertdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları da çıxış etdilər. Mərkəzdə Musiqi (vokal) istiqaməti üzrə təlimçi kimi çalışan Humay Aslanova həssas qruplardan olan şəxslərlə təcrübəsini bölüşür. İlk solo konsertində müğənni Mərkəzdəki istedadlı yetirmələri ilə eyni səhnəni paylaşıb. Onların birlikdə ifa etdiyi "Ay Laçın" mahnısı tamaşaçılar tərəfindən böyük coşqu və rəğbətlə qarşılanıb.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.