Mədəniyyət

Yunus Oğuzun kitabları ABŞ-ın İndiana Universitetinin kitabxanasında

15 Yanvar 2019 17:59
0 Şərh     Baxış: 588
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın İndiana Universitetindəki kitabxanada artıq Azərbaycanın tanınmış şair və yazıçılarının kitablarına da rast gəlmək mümkündür.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə məlumat verən Amerikada yaşayan həmyerlimiz Elman Eldaroğlu deyib ki. 80 mindən çox tələbənin təhsil aldığı universitetin kitabxanasında olarkən bu faktla qarşılaşıb. Onun sözlərinə görə, burada texniki elmlərlə yanaşı, dünya xalqlarının 72 dili tədris olunur və araşdırılır: "Universitetin 10 mərtəbəli çox nəhəng kitabxanası var. Bu kitabxanada on ildən artıq biblioqraf işləyən, özbəkistanlı Əkrəm Həbibullayevdən xahiş etdim ki, məni kitabxananın türkdilli kitablar olan bölməsinə aparsın. Bölmədə Azərbaycan yazarlarının kitabları az da olsa, var".

E.Eldaroğlu bildirib ki, Azərbaycan müəlliflərindən Sabir Rüstəmxanlı, Rüstəm Kamal, Kamal Abdulla, Səməd Vurğun, İlyas Əfəndiyevin kitabları da sözügedən kitabxanada var: "Eyni zamanda Nəriman Əbdülrəhmanlı, Vüqar Əhməd, Eyvaz Əlləzoğlu, Salam Sarvan, Anarın da kitablarına kitabxanada rast gəldim".

Qeyd edək ki, bu günlərdə ABŞ-ın İndiana Universitetindəki kitabxanaya yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun "Nadir şah", "Əmir Teymur Zirvəyə doğru" və "Əmir Teymur Dünyanın hakimi", "Şah arvadı və cadugər", "Atabəy Eldəniz", "Ovcu", "Qədim türklər və passionarlıq nəzəriyyəsi Qumilyovun tədqiqatında" kitabları, eyni zamanda Sabir Bəşirovun Yunus Oğuz haqqında yazdığı monoqrafiya da verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.