Oxucularımızı indiyə qədər heç yerdə dərc olunmamış kiçik həcmli ədəbi-bədii əsərlərini (şeir, hekayə, esse və s.) [email protected] ünvanına göndərməyə dəvət edirik.
Oxucularımızın maraqlı yazıları saytda "Həftəsonu qiraət" bölməsində və xəbər lentində yerləşdiriləcək.
"Küləklər şəhəri" (esse)
Bu gün külək yorğun-yorğun əsir... Nədənsə həmişə mənə elə gəlir ki, külək dünyanın heç yerində Bakıdakı kimi azad deyil. Haradasa yağış, haradasa sel, haradasa da mənə məlum olmayan digər nəsnələr küləyə mane olur, ona rahatlıq vermir. Təkcə Bakıda yayın bürkülü günündə belə, külək məlahətlə oxuyur, payızında sərt üzünü göstərir, qışında cövlan edir, baharında dəlilər kimi ağlayır, gülür... Demək, külək AZADLIQ EDİR!
Hər səhər yuxudan oyanarkən, pəncərədən baxıram. Ağacın yarpaqları "pıçıldayırsa" sevinirəm. Küləyin yaşamağına deyil, azadlığını yaşamasına sevinirəm. Saçımı qarışdırdığına, gözlərimi yaşartdığına, qəlbimi sevindirdiyinə görə, sevinirəm. Nə yaxşı külək var. Nə yaxşı ki, küləklər şəhərində yaşayıram.
Bu gün külək yorğun-yorğun əsir... Nədən yorulub görəsən? Onu qarğıyanlardan, qədrini bilməyənlərdən, yoxsa əbədi azadlığından? Toz-torpağı sovuran külək, görəsən, kimə təmiz görünmür indi?
Bu gün külək yorğun-yorğun əsir... Uşaqlar məyusluqla əllərindəki çərpələngə baxırlar. Küləklər şəhəri özü kimi görünmür... Elə mən də...
Özündən çıxıb, özlərinin arxasınca qaçanlara...
* * * *
Heç qəfil öz kölgəni görüb hürkdünmü? Yox demə! İnanmazlar sənə. Elə birinci özün inanmayacaqsan. Sonra da başqaları. Çünki elə insan yoxdur ki, ömründə bir dəfə də olsun kölgəsindən hürkməsin. Tanımadın özünü?! Həə, sənin bənizin ağdır axı. Kölgənsə qara. Bəs bu, necə olur? Qaçırsan ki, kölgəni tutasan? Onun sən olmadığına inanmaq üçün.. Qaçırsan, təntiyirsən. Özündən çıxırsan. Daha bir sən, daha bir sən yaranır. Bəlkə, o kölgə də sənlərdən biridir?!
Özündən çıxıb, özlərinin arxasınca qaçanlar... Bir olun, azad olun, özündən belə, asılı olanlar! Səhər açılır, ayılın!
Səni gözləmişik...
* * * *
Ruhumuzun ənginliyində Sənə bəslədiyimiz ölümsüz həsrətlə, dodaqlarımızda pıçıldadığımız sözlərlə Səni gözləmişik. Mahnılarda Səni səsləmişik. Aydınlığını, rövnəqliyini, günlü-günəşli çöhrəni, gül qoxularla əsən rüzgarını gözləmişik. Pəncərəyə yanaşıb pərdəni aralayarkən, Səni görmək istəmişik. Qaranlıq arxasından Səni görməyə ümidlənmişik. Bükük boyunlarımızı, yorğun dizlərimizi, həsrətlə döyünən ürəyimizlə bizi daha gözlətmə... Gəl, ey Səhər! Ruhumuzu saflaşdır. Yaşayaq xəyallarımızı doya-doya. Yuxulardan ayılaq. Gerçəkliyə qovuşaq. Bəmbəyaz üfüqlərini seyr edə-edə təmizlənək. Gəl, ey Səhər! Həyatımıza Günəşi gətir. Götür qaranlıq örtüyü üstümüzdən, qaldır qaranlıq pərdəni gözlərimizdən. Ərit hərarətinlə qəlbimizdəki buzu. Tavana zillənən donuq baxışlarımıza aydınlıq gətir. Olanları olduğu kimi görək. Gecə əzabdır çoxlarına. Yuxusuz gözləri nurlandır. Həyatı sevdir onlara. Həyatın yalnız qaranlığa bələnmədiyinə inandıra-inandıra... Sevginin Səninlə, Günəşlə doğulduğunu anlat onlara. Səhərə qədər sevənlərə... Gəl, ey Səhər! Gəl, ey Səhər!
* * * *
Səhərin açılması ilə gecənin gözləri altında təəssüflərin solğun izi açılır. Gecələr nə qədər uzun olsa da, səhərin gəlişinə təəssüflənir. Gecənin təbiətində kövrəklik var. Gecə həqiqət sandığımızı səhər yalan bilirik. Gecə nə qədər aydın olsa belə, tutqun səhərdən dumanlıdır. Qaranlıqda hər şey gözə gözəl görünür. Elə ki səhər açılır...
* * * *
Kaş ki günəş batmayaydı, əsla gecə olmayaydı!
Gəl, ey Səhər! Gəl, ey Səhər! - dodaqları yormayaydı...
Hər qaranlıq arxasından parlaq günəş boylanaydı
Bir andaca ömrümüzü nur rənginə boyayaydı.
Kaş ki günəş batmayaydı...
Deməyəydik: - Bu nə Aydır?
Dünən bütöv, bu gün para...
Kim deyir ki, Günəşlə Ay
Əzəldən bir-birinə taydır?
Günəş hara, Ay hara?
Dünən bütöv, bu gün para...
Verir qanad yalanlara,
Sözü para olanlara.
Vədə vədənin ardınca
Qucaq açır yardan yara...
Günəş nurlu, Ay işıqlı
Çirkin olan da belə,
Görünür yaraşıqlı
Yarımçıq olsa belə...
Göz məğlub olur dilə.
Qaranlığa bürünənlər
Özlərini xoşbəxt sanır,
Bədbəxtliyin bilə-bilə...
BÜTÖVLÜK məxsus Günəşə
Gecə PARAdır həmişə!
Kaş ki günəş batmayaydı...
Salmayaydı insanları
bərkə, dara.
Olmayaydı gecənin də üzü qara...
Kaş ki günəş batmayaydı, əsla gecə olmayaydı!
Gəl, ey Səhər! Gəl, ey Səhər! - dodaqları yormayaydı...
Milli.Az
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az-da "Həftəsonu qiraət": Kaş ki günəş batmayaydı...
18 Sentyabr 2011 11:20
0 Şərh
Baxış: 1 885

DİGƏR XƏBƏRLƏR
-
Ramil Qasımovun rəhbərliyi ilə Bülbül Vokal Məktəbinin ilk buraxılışı keçirilib – FOTO
-
“Yaz və yay #2” konserti keçirəcək
-
“Fortepiano üçün ədəbi etüd” ədəbi müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib - FOTO
-
Cahan Namazova Londonda keçirilən Golden Time Talent Festival ilk mükafatına layiq görülüb – VİDEO - FOTO
-
Mədəniyyət Nazirliyi Anarın tənqidlərinə cavab verdi
-
"Opera günləri" layihəsi çərçivəsində dahi Bülbül yad edilib - FOTO
XƏBƏR LENTİ
-
Nazim Elarizlə əlbəyaxa davasından danışdı - VİDEO
-
Xaricdən Azərbaycana yatırılan investisiyaların həcmi açıqlandı
-
Oğlunun bu hərəkəti Nazpərini ağlatdı - VİDEO
-
Bibliyanın xəbərdarlığı reallaşır: Nəhəng çay quruyur - Təhlükə nədir?
-
Marsda yaşamaq, həbsxana həyatından çox da fərqli olmayacaq
-
Azərbaycanda 1 yaşadək uşaqlar ən çox bu səbəblərdən ölür
-
Kondisioner bu xəstəlikləri müalicə edirmiş - bir şərtlə
-
Türk seriallarının ulduzu TANINMAZ HALDA: "parik" qoyurmuş... - FOTO
-
“Real”ın yeni ulduzunun sevgilisi gözəlliyi ilə göz qamaşdırdı - FOTOlar
-
Mələkxanım Eyubovadan səhhəti ilə bağlı açıqlama
-
Tovuzda dönərdən zəhərlənən şəxslərin yaxınları baş verənləri DANIŞDI - VİDEO
-
Ronaldu qərarını verdi - Müqavilə imzalanır
-
Azərbaycanda Məhərrəm ayı başlayıb
-
Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib - VİDEO
-
Sabitlik və qürur sütunu - 107 illik şərəfli tarix
-
Günün qoroskopu: Sevgi münasibətlərində dərin söhbətlərə fürsət yaranır
-
İki illik evlilikləri bitir - FOTO
-
"Tək gözlə imtahandan 55 bal topladım" - Gözünü arı sancan müəllim
-
Vüsaldan ilk açıqlama!
-
Şəbnəm Tovuzlunu “dollar yağışı”na tutan ailə narkotacir imiş - VİDEO
-
Benzini "klik" səsindən sonra doldurmayın - XƏBƏRDARLIQ
-
Azərbaycandan İrana gedənlər çoxalıb - statistika
-
Talıb Talenin xanımına qoyduğu qadağa
-
Çörək ilə bağlı ciddi XƏBƏRDARLIQ