Dünya opera ulduzları "Toska" operasının tamaşasında çıxış edəcəklər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Oktyabrın 20-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin "Toska" operasının tamaşası keçiriləcəkdir.
Opera və Balet Teatrının Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, tamaşada Toska partiyasını ifa etmək üçün Türkiyənin populyar vokalçısı, tanınmış opera müğənnisi Mine Kurtoğlu dəvət olunmuşdur. Mine Samsun Dövlət Opera və Balet Teatrının aparıcı solisti, bir sıra beynəlxalq vokal müsabiqələrinin qalibidir. O həmçinin 2018-ci ildə Bakıda keçirilən Vokalçıların Bülbül adına VII beynəlxalq müsabiqəsində parlaq çıxışı ilə yadda qalmışdır. İstedadlı vokalçı həmin müsabiqənin "Qran-Pri" mükafatına layiq görülmüşdü. Tamaşada Ukrayna Milli operasının aparıcı solisti Andrey Romanenko əsas partiyalardan birini - Kavaradossi partiyasını ifa etmək üçün dəvət olunmuşdur. Bakılı operasevərlərin dəfələrlə parlaq ifasına şahid olduqları digər bir ulduz vokalçı - Belarus Milli Böyük Opera və Balet Teatrının aparıcı solisti, Belarusun Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Vladimir Qromov isə tamaşada Skarpia rolunda çıxış edəcəkdir.
Tamaşada Azərbaycanın istedadlı opera müğənniləri - Xalq artistlərii Əli Əsgərov və Əkrəm Poladov, Əməkdar artistlər Cahangir Qurbanov və Əliəhməd İbrahimov da iştirak edəcəklər.
Tamaşanın dirijoru Azərbaycanın Xalq artisti, professor Cavanşir Cəfərovdur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xalq rəssamı Oqtay Şıxəliyevin 95 illik yubileyinə həsr olunmuş sərginin açılışı keçirilib - (Foto)
-
Əli Əmirlinin “İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı yeni tamaşanın məşqlərinə başlanılıb - (Foto)
-
Azərbaycanlı rejissorun filminin Almaniyada təqdimatı olub - (Foto)
-
“PAYIZ ETÜDLƏRİ” adlı yaradıcılıq sərgisinə əsər qəbulu elan olunur
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
XƏBƏR LENTİ
-
Fəxriyyə Xələfova: "Falçı yanında olmuşam"
-
Rumıniyada kimya kompleksində xlor sızması baş verib, 260 nəfər təxliyə edilib
-
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli oldu
-
Gələn il bu müavinətlər artırılacaq
-
Media və Yayım Şurası Azərbaycan-Ermənistan sərhədi ilə bağlı yayılan fotolara etiraz edib
-
Ayın 13-də 22 dərəcə isti olacaq - Proqnoz
-
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan üç bəyanatına qoşulmadı - XİN
-
Afət Fərmanqızı it və pişiyinə baxıcı axtarır - Maaş hamını təəccübləndirdi
-
Kuryer motosikletlə məktəblini vurdu - Anbaan video
-
Bağça müəllimləri üçün sertifikatlaşdırma başlayır
-
Azərbaycanda qadın sahibkarların sayı açıqlandı
-
Moskvada "Lexsus" partladı
-
Polşada Azərbaycan generalına həsr olunmuş kitab nəşr edildi
-
Azərbaycanda müəllimlərə yeni qadağa qoyuldu
-
Bakıda kütləvi dava: Bıçaqlananlar var
-
Ruslan Sabirlinin qaldığı evdə yanğın: "Dəhşətli zəhərli duman aləmi bürüdü" - (Video)
-
Azərbaycanda tutulan türkiyəli mafiya başçısı kimdir?
-
Qızıl almaq istəyənlər bu xəbəri mütləq oxusun
-
Biləsuvarda ahıl kişi qadını fahişəliyə cəlb etdi - 10 manat alıb
-
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib
-
Bakıda daha bir körpü sökülür - Yenisi tikiləcək
-
Türkiyədə axtarılan kriminal qruplaşma rəhbəri Azərbaycanda tutuldu
-
Rusiyanın itkiləri yeniləndi
-
Zaur Kamala görə izdiham yarandı - (Video)





