Musiqili Teatrda "Nuri-didə Ceyhun"un premyerası olacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Dövlət Musiqili Teatrı 10 mart 2018-ci il saat 19:00-da "Nuri-didə Ceyhun" - ikihissəli pyes-metaforasının premyerasını edəcək.
Azərbaycan Dövlət Musiqili Teatrında 108-ci mövsümün növbəti premyerası 10 mart - Milli Teatr Günündə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi, eyni zamanda Ceyhun Hacıbəylinin 125 illik yubileyi şərəfinə təqdim olunacaq.
İdeya müəllifi Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev və quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə olan bu tamaşa yazıçı-dramaturq Əli Əmirlinin "Nuri-didə Ceyhun" pyesi əsasında hazırlanıb.
Azərbaycan səhnəsində ilk dəfə dahi bəstəkar Üzeyir Hacıbəylinin qardaşı, yazıçı-publisist, tərcüməçi, naşir, ictimai xadim, azərbaycançılıq ideyalarına sonadək sadiq qalan Ceyhun Hacıbəylinin obrazının canlandırılacağı tamaşa onun məşəqqətli mühacirət həyatından, Cümhuriyyətimizin keçdiyi çətin lakin, şərəfli mübarizə yolundan bəhs edir.
"Nuri-didə Ceyhun" pyesində hadisələr konkret bir tarixi şəxsiyyət ətrafında cərəyan etsə də, qürbət eldə yaşayan bütün mühacir soydaşlarımızın ümumiləşdirilmiş obrazı səhnəyə gətirilir. Tamaşada Azərbaycanı müstəqil ölkə və dövlət olaraq tanıtmaq üçün Paris Sülh Konfransına ezam olunmuş vətənpərvərlər dəstəsinin fəaliyyəti önə çəkilir. Fransada Yurd həsrətli yuxuları ilə təskinlik tapan Ceyhun Hacıbəyli anasının intizarına, həyat yoldaşı Zöhrənin istəyinə, qardaşı Üzeyirin çağırış məktublarına və bütün digər təkidlərə baxmayaraq, doğma diyarına- geri dönmür. Səbəb isə gün kimi aydındır... Qardaşı Üzeyir Hacıbəylinin təhdidlərə məruz qalacağından qorxurdu. İztirab dolu həyatında bir-birinin ardınca verdiyi itkilər, psixoloji cəhətdən aldığı zərbələr nəticəsində ömrünün sonuna qədər mühacir həyatı sürür. Keçirdiyi bütün sarsıntılara baxmayaraq Ceyhun tamaşanın sonuna qədər mübariz ruhu ilə sabaha ümidini itirmir.
Tamaşada rolları Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Pərviz Məmmədrzayev, Şövqi Hüseynov, aktyorlar Elçin İmanov, Gülnarə Abdullayeva, Ülviyyə Əliyeva, Nicat Əli, Gülçöhrə Abdullayeva, Mehriban Zalıyeva, Nadir Xasıyev, Firuz Məmmədov və Şaban Cəfərov ifa edirlər. Tamaşada böyük Üzeyir Hacıbəyli, Soltan Hacıbəyov, Niyazi və başqa bəstəkarların musiqilərindən istifadə olunmuşdur. Tamaşanın quruluşçu dirijoru və musiqi tərtibçisi Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhimov, quruluşçu baletmeysterləri Əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, xormeysteri Əməkdar artist Vaqif Məstanov, rejissor assistenti Elməddin Dadaşovdur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Beynəlxalq Rəqs Günü”nə həsr olunmuş “Rəqsin sehrində” adlı konsert proqramı keçirilib - FOTO
-
Gəncədə “Azərbaycan mədəniyyətinin inkişafında folklorun əhəmiyyəti" mövzusunda seminar keçirilib - FOTO
-
“Nəğmə olmaq istəyirəm” adlı konsert təqdim olunub - FOTO
-
Mir Cəlal Paşayevin doğum gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib - FOTO
-
Akademik Opera və Balet Teatrı qanvermə aksiyası keçirdib - VİDEO - FOTO
-
Əməkdar artist Ədalət Vəzirovun 75 illik yubileyinə həsr olunmuş gecə keçirilib - FOTO
XƏBƏR LENTİ
-
Milli Onkologiya Mərkəzində baş verən partlayışla bağlı cinayət işi başlanıb
-
Beş min abonent SUSUZ QALACAQ
-
Tiktokerlə bağlı qərar verildi
-
Həftəsonu bəzi yollar bağlı olacaq - Xəbərdarlıq
-
Tramp Mertsi tənqid edib: İran məsələsinə müdaxiləni dayandır
-
Sabah 10:00-da qaz kəsiləcək
-
“Allah belə qızın bəlasını versin, 3 aydır xəbərim yoxdur” - 14 yaşlı qızın anası - VİDEO
-
Bir zamanların sevilən aktyoru bu görüntüsü ilə sevənlərini üzdü - FOTO
-
Metamfetaminlə tutulan şəxsə hökm oxundu
-
Azərbaycanda çörək BAHALAŞDI? - RƏSMİ
-
133 oyunun nəticəsi ləğv edilə bilər
-
“Beynəlxalq Rəqs Günü”nə həsr olunmuş “Rəqsin sehrində” adlı konsert proqramı keçirilib - FOTO
-
İdman zalında edilən bu səhvlər sizə baha başa gələ BİLƏR
-
Görünüş məsafəsi kəskin azalacaq - XƏBƏRDARLIQ
-
Tatlısesin qızından diqqətçəkən CAVAB - FOTO
-
Azərbaycanda MTK-ların dövrü BİTİR? - Binalarda yeni SİSTEM
-
Göy üzündə möhtəşəm şou OLACAQ
-
Avropa institutlarına kənar təsir iddiaları: qərarvermə nə qədər şəffafdır? - ŞƏRH
-
Körpəsinə "Gucci"dən əmzik almaq üçün Dubaya GETDİ: 833 manata... - VİDEO
-
Lətif Kərimovun 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM
-
Yuriy Petroviç Kamayev “Şöhrət” ordeni ilə təltif edilib
-
Dünyanın ən sağlam meyvələri açıqlandı - SİYAHI
-
Efirdə yardım istədi, günlər sonra ÖLDÜRÜLDÜ - VİDEO
-
"Okamponun fırıldaqçı və qərəzli şəxs olduğu hər kəsə bəllidir"





