Mədəniyyət

Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" romanı Türkiyədə oxuculara təqdim olunub - FOTO

30 Avqust 2017 16:41
Baxış: 1 400
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" romanı Türkiyədə oxuculara təqdim olunub.

Milli.Az bildirir ki, Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirlik tərəfindən Azərbaycan kitabının tanıdılması və dünyəviləşdirilməsi məqsədilə 2016-cı ildə başlanılmış "Azərbaycan Kitabının Dünyada Tanıdılması" (AKDT) layihəsi ilə əlaqədar seçmə Azərbaycan ədəbiyyatı nümunələrinin tərcüməsi, çapı və Türkiyədə yayılması işi davam etdirilir.

Bu günlərdə layihə üzrə görkəmli yazıçı Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" romanının nəşri başa çatdırılıb. Azərbaycan əsilli, şair-yazıçı Yurtseven Şenin türkcəyə çevirdiyi roman "Sevinç Fırat Zengin Yayıncılık" nəşriyyatında çap olunub.

Bu günə qədər layihə əsasında Yusif Vəzir Çəmənzəminlinin "Qan içində. İki od arasında", Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" və Yusif Səmədoğlunun "Qətl günü" əsərləri Türkiyəli kitabsevərlərə təqdim olunub.

Kitablar oxucuların rəğbətini qazanmaqda davam edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.