Mədəniyyət

Şərqiyyə Hüseynova: "Qızımın ölümündən sonra anladım ki..." - VİDEO

3 Fevral 2017 17:52
13 Şərh     Baxış: 13 697
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Çiynimdə çox böyük məsuliyyət var: nəvəmi böyütməliyəm (ağlayır). Rəssamlıq kollecində oxuyur, universitetə daxil olmalıdır. Prezident bu yaxınlarda mənə təqaüd verdi. Bunun mənə çox böyük köməyi dəydi. Yoxsa çox çətinlik çəkərdim.

Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, bu sözləri xalq artisti Şərqiyyə Hüseynova "Geriyə baxanda" verilişində deyib. Qızını itirən diktor hazırda nəvəsi Ayanı böyütdüyünü söyləyib.

Göz yaşını saxlaya bilməyən Ş.Hüseynova maddi çətinlik çəkdiyini də bildirib:

"Maddi bir yana, Ayanın mənəvi dəstəyə ehtiyacı var. Nəvəm 16 yaşındadır, onun valideynlərinə ehtiyacı var. Hərdən nəsə bölüşmək istəyir, mən onun tələblərinə cavab verə bilmirəm. Səbirsiz olmuşam. Bu həyatı yaşayıram, çətindir. Buna görə də 3 ildir efirlərə çıxmıram. Ayan da istəyir ki, mən efirlərdə olum. Mənə uşaqlıqdan "ana" deyir. Bu verilişə dəvət alanda Ayan dedi ki, istəyirəm ki, bir dəfə efirdə olasan. Ətrafımdakılara deyim ki, bu da mənim nənəmdir". 

Ş.Hüseynova övladını itirdiyi ərəfədə ona ailəsinin dəstək olduğunu söyləyib:

"Ağır vəziyyətdə rəfiqələrim mənə dəstək oldular. Bacım, qardaşım, bütün qohumlarım mənə kömək oldu. Eyni zamanda rəfiqələrim Roza və Solmaz Həmzəyeva kömək etdi. Onlar da belə bir faciə ilə rastlaşıblar. Onlara baxanda deyirdim ki, necə yaşayırlar, niyə ölmürlər? Öz başıma gəldi, gördüm ki, insan dözür və yaşayır".

Aparıcı mərhum əməkdar artist, "Ələkbər əmi" adı ilə tanınan Ələkbər Hüseynovdan söz açıb. Ş.Hüseynova bildirib ki, Ələkbər əmi onun xalası oğlu imiş: 

"Nəvəmlə bir veriliş apardım. O verilişi aparmaqda məqsədim Ələkbərin adını yaşatmaq idi. Onu çox erkən yaşda itirdik. Ələkbər mənim xalam oğludur. Bizim ailədə böyüyürdü, ona analıq etmişəm. Erkən itkilər məni öldürüb. Uşaq verilişlərinin mahir aparıcısı idi. Xalama xoş gəlirdi ki, onun adını efirdə yaşadıram". 

Qeyd edək ki, Ş.Hüseynovanın qızı Mehriban 2014-cü ildə insultdan dünyasını dəyişib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.