Anspress-in məlumatına görə, Ələkbər Zeynalabdin oğlu Tahirzadə (Sabir) 1862-ci il mayın 30-da Şamaxıda anadan olub. Atası kiçik baqqal dükanı olan dindar bir kişi idi və Ələkbəri gələcəkdə ruhani görmək istəyirdi. Buna görə oğlu səkkiz yaşına çatanda onu mollaxanaya qoymuşdu.
Sabir 12 yaşına qədər mollaxanada oxumuş, sonra məşhur şair Seyid Əzimin açdığı yeni üsullu məktəbə keçmişdi. Bu məktəb onun üçün faydalı olmuş, xüsüsilə biliyinin və şairlik istedadının inkişafına kömək etmişdir. Müəllimi Ələkbərə fars dilindən şerlər tərcümə etdirir, sonra bu tərcümələri oxuyub ona məsləhətlər verir, məktəbli şairin yaradıcılıq həvəsini artırırdı.
Lakin bir-iki il sonra atası Ələkbəri təhsildən ayırıb öz dükanında köməkçi işlədir. Ancaq gənc şair yenə oxuyub yazmağında davam edir. Dostu Abbas Səhhətin yazdığına göre, Sabir alış-verişdən ziyadə oxuyub-yazmağa həvəs göstərdiyi üçün atası hirslənib tez-tez onu məzəmmət edir, hətta bir dəfə şeir dəftərini də cırıbmış.
1887-ci ildə o, qohumlarından olan Büllurnisə adlı qızla evlənir. On beş il ərzində onun 8 qızı, bir oğlu dünyaya gəlib. Belə böyük ailə sahibi olmaq Sabirin vəziyyətini olduqca çətinləşdirmişdi. Başqa bir sənəti olmayan şair ailəsini dolandırmaq üçün sabun bişirib satır, ailəsini çox çətinliklə dolandırırdı. Buna baxmayaraq o, yenə dövrünün qabaqcıl ziyalıları ilə əlaqə saxlayır, bədii yaradıcılıqla məşğul olurdu.
XIX əsrin sonu, XX əsrin ilk illərində ağır ailə qayğısı çəkən Sabir şeirdən bir qədər uzaqlaşsa da, tamam ayrılmamışdı. 1901-ci ildə Şamaxıya qayıdan Abbas Səhhətin bu zaman onu mənəvi cəhətdən böyük köməyi dəymişdi. Onlar boş vaxtlarında Şamaxının o zamankı ziyalılarından Ağəli Bəy Nasəh və Məhəmməd Tərrahla kiçik bir ədəbi məclis düzəldib, axşamlar klassik şairlərin və ya özlərinin şerlərini oxuyub təhlil və müzakirə edirdilər.
XX əsrin əvvəllərindən başlayaraq Sabirin şerləri mətbuat səhifələrində görünür. 1903-cü ildə "Şərqi-Rus" qəzetində onun şeri çap olunur. Bir qədər sonra isə o,"Həyat" qəzetində şer çap etdirir. 1906-cı ildə "Molla Nəsrəddin" jurnalını öz arzularına müvafiq həqiqi bir xalq jurnalı kimi qarşılayıb onun ən sevimli şairi, ən fəal müəlliflərindən biri oldu.
1911-ci il iyulun 12-də, həyatının və yaradıcılığının ən parlaq bir vaxtında Sabir vəfat edir. Şairin cənazəsi Şamaxıda "Yeddi günbəz qəbiristanı"nda dəfn olunur.
Sabirin xatirəsinə hörmət əlaməti olaraq vəfatından bir il sonra, 1912-ci ildə arvadı Büllurnisə xanım, dostları Abbas Səhhət və M.Mahmudbəyovun səyi ilə onun şerləri "Hophopnamə" adı ilə çap olundu. Oxucular kitabı hərarətlə qarşıladılar. İki il sonra xalqın ianəsilə "Hophopnamə"nin ikinci, daha mükəmməl nəşri buraxıldı. Sovet hakimiyyəti illərinde Sabir irsinə maraq görülməmiş dərəcədə artdı, "Hophopnamə" böyük tirajla bir neçə dəfə çap olundu.
Milli.Az
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Mirzə Ələkbər Sabirin yazdığı bir çox şeiri atası cırıb
30 May 2011 15:29
Baxış: 942

DİGƏR XƏBƏRLƏR
-
Baku Piano Festival 2025 gəlir
-
Bu yaşda Leyli-Məcnun olar? - Xalq artisti ittihamlara cavab verdi
-
Amerikalı dirijor Sixto Montesinos’un rəhbərliyi ilə Q.Qarayev adına Dövlət Kamera Orkestrinin konserti baş tutdu - FOTO
-
Üçüncü beynəlxalq uşaq dəb festivalı - Azerbaijan Kids Festival keçirildi – FOTO
-
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Kiçik solistlər” adlı konsert - FOTO
-
Dövlət Uşaq Filarmoniyasın Gəncədə konsert proqramı baş tutub - FOTO
XƏBƏR LENTİ
-
Vanda Naranın yeni sevgilisi görün kimdir
-
Bir ekosistemi Money 20/20 Europe tədbirində: PashaPay və Mastercard strateji əməkdaşlığa başlayır
-
"Azercell": Danışıq tarifləri dəyişilməyəcək - MÜSAHİBƏ - VİDEO
-
Bu qidalar üzdə sızanaq yaradır – Dermatoloqlardan xəbərdarlıq
-
“Mən Aytəkin deyiləm ki, Nazənin xanıma görə Təranə və Musanı...”
-
Bakıda qeyri-steril şəraitdə prosedur: Həkim pasiyentinin elə görüntüsünü paylaşdı ki... - VİDEO
-
Narkotrafik ifşa olundu – Bakıda iki nəfər tutuldu, 10 kq narkotik götürüldü
-
Latviya - Azərbaycan oyununun hakimləri bəlli oldu
-
Mobil telefonlara müdaxilə edən şirkət rəhbəri həbs edildi
-
PSJ cərimələnəcək
-
Məşhur müğənnidə xərçəng aşkarlandı
-
Cənubi Koreya yeni prezidentini seçdi
-
Benzia “Qarabağ”dan getdi? - FOTO
-
Kart oğurluğu “OFFLINE”da olur! - XƏBƏRDARLIQ
-
Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK
-
Nisə Qasımova uzun müddət sonra tanınmaz halda - FOTO
-
Dövlət yalana qarşı: dezinformasiyaya hüquqi cavabın anatomiyası
-
Zelenski orduda kadr dəyişikliyi edəcək
-
İtaliya nəhəngi baş məşqçisini göndərdi
-
Baku Piano Festival 2025 gəlir
-
Suriyaya gedən 13 azərbaycanlı ölkəyə gətirildi
-
İlham Əliyevə təbriklər gəlməkdə davam edir - yenilənib
-
" Aygün Kazımovaya söz deyəni verilişdən qovardım"
-
Rusiya XİN: NATO-nun "Baltops-2025" təlimləri Rusiyaya qarşı yönəlib