Mədəniyyət

"Jara" Beynəlxalq Musiqi Festivalı davam edir

10 İyul 2016 22:00
Baxış: 2 538
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Xəzər dənizinin sahilindəki "Sea Breeze" istirahət mərkəzində "İsti günlər" Beynəlxalq Musiqi Festivalı keçirilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qırmızı xalının üstündən keçən musiqiçilər, eləcə də festivalın təşkilatçıları pərəstişkarları ilə fotolar çəkdirib, jurnalistlərin suallarını cavablandırıblar. Qonaqlar Bakı şəhəri, onun görməli yerləri, şəhər sakinləri və Azərbaycan mətbəxindən valeh olduqlarını bildiriblər, festivalın ilk gününün konserti barədə təəssüratlarını bölüşüb, festivalın əhəmiyyətini, yüksək səviyyədə təşkil olunduğunu qeyd ediblər.

Festivalın ilk gününün konserti Anna Sedokova və Ciqanın çıxışı ilə başlanıb.

Bundan başqa, Filip Kirkorov, Vladimir Presnyakov, Nikolay Baskov, Qriroqi Leps, Leonid Aqutin, Denis Klyaver, EMİN, "A`StudioÜ, Valeriya, Polina Qaqarina, Yulianna Karaulova, Aleksey Vorobyov, Tomas Nevergreen, Yeva Polna, Yeva Polna, "Via-Qra" qrupu, "Vremya i steklo" dueti, "Burito", "Pitsa" və "Band`eros" qrupları, Sofi, Stas Mixaylov, A-DESSA, "MBAND", Narqiz, Alekseyev, Ani Lorak, Potap və Nastya, Sergey Lazare, Timati, Nyuşa, Elina Çaqa, Səmra, Emil Kadırov, Tünzalə Ağayeva da səhnəyə çıxacaqlar.

Tədbiri ən yaxşı quruluşçu rejissorlar hazırlayıblar. "İsti günlər" Festivalı elə planlaşdırılıb ki, ifaçılar həm səhnədə, həm də zalda gəzişəcəklər. Beləliklə, qonaqlar interaktiv prosesə və televiziya versiyasına cəlb olunacaqlar.

"İsti günlər"in təşkilatçıları müğənni və musiqiçi Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, "Russkoye radio"nun və "Qızıl qrammofon" mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Festival Bakıda hər il keçiriləcək. Əgər builki proqram iki-gün üçün nəzərdə tutulubsa, gələn il artıq üç-dörd gün davam edəcək, artistlərin və çıxışların sayı da artacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.